18 Yanvar 2021 20:27

Türkiyə yenə yasda: 2 əsgər şəhid oldu

Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı Dağı bölgəsində, Doğubayazit ərazisində baş verib.

Atışma zamanı 2 əsgər şəhid olub, daha 3 əsgər yaralanıb. 1 terrorçu isə zərərsizləşdirilib.   /Ölkə.Az/

Paylaş: