26 Oktyabr 2020 06:03

Supergüclərin “əzələ nümayişi”: Kim geri çəkiləcək?

Amerika Birləşmiş Ştatlarının (ABŞ) mütəffiqləri Fransa və İngiltərə ilə birlikdə Suriyanı bombalaması bölgədə marağı olan dövlətlər tərəfindən birmənalı qarşılanmadı. Rusiya və İran ABŞ-ın bu hücumunu pisləsə də, Türkiyə açıq şəkildə koalisiyanın bu əməliyyatına dəstək verdi. Prosesin gedişatında hansı gücün Suriyada qalib gələcəyini demək çətindir. Məlumdur ki, Suriya məsələsində Rusiya və İran birlikdə hərəkət edir və hədəfləri Əsəd rejimini qorumaqdır. Türkiyə isə birmənalı olaraq Əsəd rejiminin getməsini istəyir və öz təhlükəsizliyini qorumağa çalışır. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın isə maraqları fərqlidir. Maraqlıdır, Suriya problemi necə bitəcək? Rusiya və İran geri çəkiləcək, yoxsa ABŞ?

Siyasi-şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində Suriyada geosiyasi qeyri-müəyyənliyin davam etdiyini deyib:

“Çünki son Ankara görüşündə birmənalı şəkildə ortaya qoyuldu masada yalnız Türkiyə, İran və Rusiya var. ABŞ buna cavab olaraq kimyəvi silahı bəhanə edərək müttəfiqləri ilə birgə Suriyada bombardıman əməliyyatı keçirdi. Təbii ki, bu əməliyyatın hədəfləri içərisində Suriya masasında yer almaq istəyi var idi. Bu əməliyyatdan sonra qeyri-müəyyənlik davam edir. Eyni zamanda bu ərəfədə Rusiya və ABŞ arasında müəyyən bazarlıqların da olduğu bəyan edilir. Bu bazarlıqların hansı sərhədlərə qədər aparıldığı isə hələ ki, bəlli deyil. Bu baxımdan Suriyada prosesin hansı istiqamətdə inkişaf edəcəyini demək çətindir”.

Natiq Miri hesab edir ki, Suriya probleminin nəticəsi güc mərkəzlərinin uzlaşmasından asılı olacaq:

“Birmənalı olaraq bəllidir ki, Suriyada heç bir problemi Türkiyənin iştirakı olmadan həll etmək mümkün olmayacaq. Bombardıman əməliyyatı ərəfəsində dünyanın iki güc mərkəzi olan Rusiya və ABŞ-ın üz-üzə gəlməsi bunu bir daha sübut etdi. Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmayacağı isə bəlli deyil. Düşünürəm ki, Əsəd rejiminin bir müddət Suriya hakimiyyətində qalması gerçəkliyi var. Çünki bu gün Suriyada Əsəd rejimindən başqa real alternativ, siyasi güc mərkəzi yoxdur. Bu baxımdan bu gün nəinki Rusiya və İran, hətta Qərb koalisiyası da bir müddət Əsədi qəbul etmək məcburiyyətindədirlər. Düşünürəm ki, bundan sonra proses danışıqlar vasitəsilə davam edəcək. Təbii ki, bu prosesin içərisində əsasən Cenevrə və Astana görüşləri davam edəcək. Prosesin nəticəsi isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya, Rusiya və digər güc mərkəzlərinin uzlaşmasından asılı olacaq”.

Natiq Miri həmçinin vurğulayıb ki, ABŞ-ın əsas hədəfi İrandır:

“ABŞ-ın son əməliyyatı göstərdi ki, hədəf Rusiyadan daha çox İrandır. Artıq ABŞ-ın rəhbərlik etdiyi koalisiyasının donanması Şərqi Ağ Dənizdə yerləşib. Bu da ABŞ-ın regionda olan ciddi geosiyasi maraqlarından xəbər verir. Əgər belə olmasaydı ABŞ Türkiyədə olan böyük donanmasını Ağ Dənizə göndərməzdi. Düşünürəm ki, hələlik regionda güc nümayişi gedir. Konkret nəticənin nə olacağı isə sonrakı proseslərdən asılı olacaq. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Türkiyə “Zeytun budağı” əməliyyatı ilə ABŞ-ın Suriyanın şimalından Ağ Dənizə çıxmaq planını pozdu. Ancaq bu, o demək deyil ki, ABŞ bu dəhlizdən imtina edib. Şimaldan mümkün deyilsə, ABŞ-ın cənubdan belə bir dəhliz açmaq niyyətində olduğu iddia edilir. Ona görə də düşünürəm ki, nəticə növbəti proseslərdən asılı olacaq və Türkiyə də bu məsələdə ciddi şəkildə yer alacaq”.    /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri