22 Oktyabr 2020 19:40

ABŞ zərbə anını Kremlə qəsdən dedi, S-400-lər isə… – Putin sarsıldı

Aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriyanın hərbi obyektlərinə zərbə endirib. Bundan sonra Suriyanın taleyi ilə bağlı bir çox ssenari ortaya atılıb.

Suriya ətrafında baş verən son hadisələrlə bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik:

– ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsində tək səbəb Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsi idimi?

– Dünyada kimyəvi silahın tətbiqi qadağan edilib. Bu haqda beynəlxalq konvensiya imzalanıb və ölkələr həmin silahın ehtiyatlarının ləğvi ilə bağlı öz üzərinə öhdəlik götürüb. Kimyəvi silah bəşəriyyətə qarşı ən barbar mübarizə forması hesab edilir. Bəşər Əsəd də Suriyadakı daxili vətəndaş müharibəsi dövründə ən azı 4 dəfə öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə edib. ABŞ-da Barak Obamanın prezidentliyi dövründə Bəşər Əsədə bir neçə dəfə xəbərdarlıq edilmişdi. Çünki kimyəvi silahdan istifadə siyasətdə “qırmızı xətt”i keçmək deməkdir. Ümumiyyətlə, Qərb ölkələrində və ABŞ-da belə bir fikir hökm sürür ki, ərəb ölkələrinə kimyəvi silahları Rusiya verir və onlar Rusiyanın təhriki ilə bu silahdan istifadə edir.

Suriyaya hücumun əsas hədəfi təkcə kimyəvi silahlardan istifadə məsələsi deyildi. Burada ABŞ və onun müttəfiqləri Rusiyaya və Putinə dərs vermək istəyirdilər. ABŞ qabaqcadan zərbə ilə bağlı Rusiyanı xəbərdar etməklə, onun Suriya ərazisində yerləşən Hmeymim hərbi bazasındakı S-400-lərini işə salması məqsədini güdürdü. Rusiya iddia edir ki, həmin raketləri işə salmadı və ABŞ-ın raket zərbələrini Suriyanın özü dəf etdi. Guya köhnə S-300-lərə atılan 105 ədəd “Tomahavk” raketinin 71-i havada vuruldu. Bu, həqiqətə uyğun deyil. ABŞ tərəfi də, Qərb ölkələri də iddia edirlər ki, 105 “Tomahavk”ın hamısı hədəflərinə çatıb və zərbə nöqtələrini vurub. Belə bir məsələni də qeyd edirlər ki, köhnə S-300-lər deyil, əslində S-400-lər işə düşüb, amma bunlar da ABŞ-ın raketlərinə heç nə edə bilməyib. Yəni ya radarlar onları tuta bilməyib, ya da “Tomahavk”ların uçuş trayektoriyasını müəyyənləşdirə bilməyib və atılan raketlər də “Tomahavk”lardan yan keçib. Bununla da Suriyada olduğu müddətdə, Qərblə mübarizədə ilk dəfədir ki, Rusiya ciddi məğlubiyyətə uğramış vəziyyətə düşüb.

– Rusiya istər daxildə, istərsə də beynəlxalq aləmdə itirdiyi nüfuzunu bərpa edə biləcəkmi?

– Rusiyanın hər zaman bütün dünyaya təriflədiyi, öyündüyü hava hücumundan müdafiə sistemləri ABŞ-ın o qədər də təzə olmayan “Tomahavk”larını zərərsizləşdirə bilməyib. Bu səbəbdən də NATO-nun Rusiyadan qat-qat üstün olması barədə təsəvvürlər meydana çıxıb. Bu isə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Putinin imicinə ciddi xələl gətirib. Bir çoxu belə hesab edir ki, Putin xalqının qarşısında öz sarsılmış reytinqini bərpa etmək üçün nələrsə üzərində düşünür və hansı formadasa, ABŞ-a cavab reaksiyası göstərəcək. Bəziləri isə belə hesab edir ki, artıq ABŞ sınaq məşqindən sonra Rusiya və İran üzərinə daha cəsarətlə getməyə başlayacaq. ABŞ özünün bir nömrəli rəqibi və düşməni hesab etdiyi Rusiyanı beynəlxalq arenadan sıxışdırıb çıxararaq, onu adi regional dövlət səviyyəsinə endirəcək. Əlbəttə, nəticələr rəngarəngdir, müxtəlifdir. Amma bir faktı mütləq qeyd etmək lazımdır ki, doğrudan da Suriyaya son hücumlar zamanı Rusiyanın hərbi-texniki cəhətdən NATO qarşısında həm məğlubiyyətə uğradığı üzə çıxdı, həm də hərbi texnikasının zəif olduğu məlum oldu. İndiyə qədər Putin təhdid və qorxutma yolu ilə Qərb ölkələrinə təsir göstərirdisə, bundan sonra bu mümkün olmayacaq. Putinin belə təhdidlərini artıq NATO dövlətləri ciddiyə almayacaq. Dünya silah bazarında da Rusiya silahlarına diqqət və etimad azalacaq. Bu konteksdə Qərbin tətbiq etdiyi və edəcəyi sanksiyalar daha uğurla işləyəcək. Rusiyanın maliyyə cəhətdən çökdürülməsi prosesi başlanacaq. Bir sözlə, son hadisədən sonra Rusiya düşərgəsində bir ruh düşkünlüyü, Qərbdə isə coşğunluq və qələbə eyforiyası hiss olunmaqdadır.

– Bundan sonra bölgədə hansı proseslərin yaşanacağını proqnozlaşdırmaq olar?

– Putin baş verənlərin heyfini çıxmağa çalışsa da, buna nail ola bilməyəcək, Qərb yenə də Putin üzərində növbəti bir qələbə qazanmaqla onu öz xalqı və ölkəsi qarşısında gözdən düşmüş bir prezidentə çevirəcək. Ehtimallar belədir. İndi hansı ssenarilər tətbiq ediləcək – bunu söyləmək bir qədər çətindir. Amma fakt odur ki, Rusiya-Qərb qarşıdurması getdikcə daha da dərinləşəcək.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri