30 Noyabr 2020 11:05

Bazarlıq edərkən diqqət: Keyfiyyətli əti, hormonlu toyuğu tanımağın QAYDALARI

Hər kəs aldığı məhsulun keyfiyyətli olub-olmadığını bilmək istəyir.

Turkustan.info Cebhe.info-ya istinadən keyfiyyətlə məhsulu tanımaq üçün sizə bəzi qaydaları təqdim edir.

1. Toyuğun döş ətinin üstündə ağ xətlər varsa, almaıyn. Bu, həmin toyuqlara böyümə hormonu verildiyini göstərir.

2. Pendirin keyfiyyətini müəyyən etmək üçün otaq temperaturunda saxlayın. Yüksək keyfiyyətli məhsul daha yumşaq olacaq, ancaq quruyarsa, deməli almağa dəyməz.

3. Ət seçərkən barmağınızla basın. Təzə ət barmaq izlərinin dərhal “itirir”. Köhnə ətin üstündə isə barmaq basdığınız yerdə iz qalır. Ət parçasını ortadan kəsin. Rəngi tünddürsə, deməli ömrünü uzatmaq üçün maddə vurulub. Əti kağız dəsmalla qurulayın. Təzə ət kağızın üzərində nəm və qan qoymamalıdır.

4. Təzə balığın gözləri bulanıq olmur. Üzərindəki pulcuqlar təbii metal rəngində olmalıdır.

5. Dondurulmuş məhsul alarkən diqqət edin ki, paketin içində qar və ya buz parçası olmasın. Əgər varsa, deməli düzgün saxlanılmayıb. 

6. Bal alarkən təbii olub-olmadığını yoxlamaq üçün bir qaşıq götürüb boşqaba axmasına baxın. Saxta bal dərhal damlayar və boşqaba yayılar. Təmiz bal isə boşqabın səthinə olduqca gec yayılar.

7. Xamanın tərkibində bitki yağının olub-olmadığını belə müəyyən etmək olar. Bir stəkan isti suya bir qaşıq xama qarışdırın. Əsl xama suya qarışıb qalın maye əmələ gətirəcək.

8. Süzmə və ya kəsmiyin tərkibində nişasta olub-olmadığını müəyyən etmək üçün bir damcı yod kifayətdir. Bir boşqab süzmənin üstünə bir damcı yod tökün. Əgər tərkibində nişasta varsa, ləkə tünd mavi olacaq. Əgər yoxdursa, rəng sarımtıl və ya qəhvə rənginə çalacaq.

9. Dondurmanı otaq temperaturunda saxlayın. Tərkibində bitki yağı varsa, uzun müddət əriməz və əridiksə su qatılığında olar. Ancaq təbii maddələrdən hazırlanan dondurma  krem şəklində maddəyə çevrilər.

 

Paylaş: