25 Oktyabr 2020 14:38

Sərkisyanın baş nazirliyi Ermənistanın sülhə gələcəyi ehtimalını dəfn etdi

Xocalı qatili küçələrdəki erməniləri Azərbaycanla qorxudur; Qarabağdakı erməni tanklarının İrəvana aparıldığı xəbəri yayıldı; politoloq: “Serj Sərkisyanın baş nazir seçilməsi hələ onun qələbəsi demək deyil”

Ermənistan paytaxtında baş verənlərin Azərbaycan üçün unikal şans yaratdığı barədə yazdıqlarımız artıq işğalçı ölkənin də əsas mövzularından birinə çevrilib. Əslində burada təəccüblü bir şey yoxdur, çünki Ermənistan öz havadarının köməyi ilə Azərbaycan ərazilərini elə ölkəmizdə qarışıq ictimai-siyasi atmosferin mövcud olduğu illərdə zəbt edib, indi də analoji fürsət Azərbaycan üçün yaranıb.

Ancaq belə bir ehtimal da var ki, əslində Azərbaycanın bu fürsətdən yararlanmaq istədiyi barədə təbliğat aparmaq indiki dövrdə Serj Sərkisyanın özünə çox lazımdır. Reallıq budur ki, S.Sərkisyan xalq etirazlarına baxmayaraq, baş nazir kürsüsünü ələ keçirdi. Bundan sonra isə onun küçələrdəki insanları evlərinə qaytarmaqdan ötrü iki yolu qalır: ya silahı işə salıb etirazçı kütləni qan içində boğmaq, ya da Qarabağdakı quldurlarına Azərbaycana qarşı təxribatlara əl atmaq və nəticədə lokal əməliyyatların başlamasına nail olmaq. İkinci yol təhlükəli olsa da, ermənilərin diqqətini daxildən yayındırmaq üçün daha əlverişlidir. Ən azı bu mərhələdə S.Sərkisyan yenə də Rusiyanın dəstəyinə ümid edir. S.Sərkisyanın ilk təbriki V.Putindən alması da ondan xəbər verir ki, o, baş nazir kürsüsünü ələ keçirmək üçün Kremlin razılığını aldığı üçün sonadək dirəşdi və bundan sonra heç bir halda ermənilərin qanını tökməkdən çəkinməyəcək, istər İrəvanda olsun, istərsə də Qarabağda.

Aprelin 18-də Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələrinin Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutması və dinc sakinimizin yaralanması da yuxarıdakı ehtimalların əbəs olmadığını deməyə əsas verir. Təxribat nəticəsində Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti qənaətbəxşdir. Müdafiə Nazirliyindən APA-ya faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.

Nikol Paşinyan ile ilgili görsel sonucu

Publika.az xəbər verir ki, İrəvanda Serj Sərkisyanın hakimiyyəti zəbt etməsinə – baş nazir seçilməsinə qarşı davam edən etiraz aksiyaları Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də sıçrayıb. Xankəndidə bir qrup insan İrəvanda “Elk” fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi ilə aparılan etirazlara dəstək verib. Xankəndi küçələrinə çıxan insanlar “Sərkisyan, çıx get!” şüarlarını səsləndiriblər. Etirazların Qarabağa sıçraması İrəvanda ciddi narahatlıq yaradıb. Məlumatda deyilir ki, bu narahatlığın arxasında iki amil var: birincisi, İrəvan Azərbaycanın yaranmış situasiyadan yararlanaraq, Qarabağın azad edilməsi hərəkatına başlayacağından ehtiyat edir. İkincisi, Qarabağdakı ermənilərin könüllü şəkildə Ermənistandan imtina etməsi qorxusu var. Hər iki vəziyyət Azərbaycanın əlinə oynayır. Erməni ekspertlər hesab edirlər ki, Sərkisyan rejimi İrəvandakı aksiya ilə yanaşı, Qarabağdakı etirazları da susdurmaq üçün güc yoluna əl atacaq.

Yayılan digər məlumat da çox ilgincdir. Ermənistan paytaxtında Serj Sərkisyanın baş nazir seçilməsinə və nəticədə hakimiyyətinin ömrünü uzatmasına etiraz olaraq günlərdir davam edən etiraz hərəkatına görə Dağlıq Qarabağdan İrəvana tanklar göndərilib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiyanın “Ekspress qazeta” (EG.ru) nəşri İrəvandakı mənbələrinə istinadən yayıb. Məlumatda deyilir ki, dünəndən başlayaraq İrəvan ətrafına ordu birləşmələri cəmləşdirilir. Habelə Dağlıq Qarabağdan tank birləşmələri İrəvana göndərilib və tezliklə şəhərə daxil olacaq. Deyilənlərə görə, etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan tərəfdarlarına bildirib ki, bu gündən Ermənistanda vətəndaş müharibəsi başlayacaq.

Nikol Paşinyan ile ilgili görsel sonucu

Xəbər verildiyi kimi, Nikol Paşinyan ötən gün Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib, inqilab komitəsi yaradıb. Onun bildirdiyinə görə, inqilab komitələri yerlərdə hakimiyyəti ələ alacaq. Hələlik İrəvanda etirazlar dinc məcrada davam edir və polis aksiyaçılara qarşı total güc tətbiqindən çəkinir. Baş verənlər isə Rusiyanın ekspert-siyasi dairələrində, KİV-lərində çox ciddi narahatlıqla izlənməkdədir. Çünki Sərkisyanın baş nazir olmasına etiraz edənlər antirusiya meyilli qüvvələrdir və indi bu qüvvələr Ermənistanda güclənməkdədir. Nəticədə Ermənistanda “rəngli inqilab” etmək istəyənlərə Rusiyadan mesajlar verilir ki, bir qədər də irəli getsələr, yəni hakimiyyətin üzərinə qəti hücuma keçsələr Azərbaycan bundan dərhal istifadə edəcək. Məsələn, “Vzqlyad” qəzetində Andrey Babitski yazır: “Heç bir şübhə yeri yoxdur ki, Ermənistandakı siyasi böhran dərhal qonşu Azərbaycan üçün Dağlıq Qarabağı öz nəzarəti altına qaytarmağa yönəlmiş yeni cəhdlər üçün siqnal olacaq”.

Müəllif bildirir ki, Ermənistanda iki millətçi qanad var. Bunlardan radikal millətçilər Rusiya ilə münasibətlərin kəsilməsinə çağırır, hesab edirlər ki, Rusiya Qarabağ məsələsində boşboğazlıqla məşğuldur. Azərbaycana kifayət qədər təsir etmir, əksinə, silah satır. İkinci qrup millətçilər isə Gürcüstandan, Ukraynadan və digər postsovet respublikalarından bizə yaxşı tanışdır. Onlar Avropaya inteqrasiya tərəfdarıdır və əmindirlər ki, Avropaya, Amerikaya yaxınlaşmaqla acınacaqlı iqtisadi vəziyyətlərini yaxşılaşdıracaqlar. Habelə indiki rejimin avtoritar kapsulunu sındıracaqlar. İfrat millətçilərlə bu avrointeqrasiya tərəfdarlarını antirusiya əhvali-ruhiyyəsi birləşdirir. Bu qüvvələr hesab edirlər ki, Rusiyadan aralanan kimi Ermənistan çiçəklənən və siyasi baxımdan qabaqcıl ölkə olacaq. İndiki situasiya Gürcüstanda Mixeil Saakaşvilinin hakimiyyətə gəlişi ərəfəsinə çox oxşayır. Müəllif onu da yazır ki, ola bilsin Rusiyaya qarşı dəhşətli və qarşısıalınmaz düşmənçilik bu qüvvələri Dağlıq Qarabağın itirilməsinə dözməyə də kömək edəcək…

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, S.Sərkisyan prezident olanda bir kürsünün sahibi idi, indi isə iki kürsüyə sahib olub: “O bir tərəfdən səlahiyyətləri artırılmış baş nazirdir, digər tərəfdən də prezident kürsüsündə öz adamını otuzdurub və ona da nəzarət edir. Əgər prezident ona qarşı nə vaxtsa baş qaldırarsa, parlament çoxluğu vasitəsilə onu kürsüdən uzaqlaşdıra bilər. Serj Sərkisyanın baş nazir seçilməsi hələ onun qələbəsi demək deyil. Bəli, indiki halda İrəvanda Sərkisyana qarşı etiraz dalğası səngiyə bilər. Ancaq vəziyyət hər an Sərkisyanın əleyhinə dəyişə bilər. Ermənistanda iqtisadiyyat və sosial durum bərbad gündədir və onu müsbətə doğru dəyişmək Sərkisyanın iqtidarında deyil. Maliyyə resursları yox, dövlət borcu isə artır, ağası Rusiya isə müttəfiqini bataqlıqdan çıxarmaq istəmir və heç buna imkanı da yoxdur, çünki özünün də iqtisadi vəziyyəti normal deyil. Dağlıq Qarabağa gəldikdə Serj Sərkisyandan yeni heç nə gözləmirəm. Eyni adamdır. Torpaqlarımızı işğal edən, Xocalı soyqırımını törədən şəxsdən nə gözləmək olar ki? O necə ki, prezident kürsüsündə ikən sülh danışıqlarında irəliləyişin əldə olunmasını əngəllədi, eləcə də baş nazir kimi münaqişənin həlli üçün heç bir addım atmayacaq. Bu isə o deməkdir ki, lokal toqquşmalar davam edəcək, cəbhə bölgəsindəki gərginlik azalmayacaq”.

E.Şahinoğlu V.Putinin S.Sərkisyanı təbrik etməsini təbii qarşıladığını da qeyd etdi: “Mən ”Putin Sərkisyanı cəzalandırmaq istəyir” iddialarına əvvəldən də inanmırdım. Sərkisyan Kremlin icazəsi olmadan addım ata bilməz. Ermənistanın Avropa İttifaqı ilə imzaladığı aşağı səviyyəli saziş də Kremlin icazəsi ilə baş verib”.

Amma məsələnin mahiyyətinə varsaq, Sərkisyanın baş nazirliyi Qarabağın dinc yolla azad olunması ehtimalını dəfn etmiş oldu. Ermənişünas alim Qafar Çaxmaqlı də hesab edir ki, Serj Sərkisyanın baş nazirlik dönəmində Ermənistanın Qarabağla bağlı apardığı ənənəvi siyasət davam edəcək: “Yəni işğal davam edəcək və bu şəxs bu məsələnin həlli üçün heç bir geri addım atmayacaq. Yenə Dağlıq Qarabağın erməni dövləti olaraq tanınması qarşılığında Qarabağın işğal olunmuş torpaqlarının geri verilməsi siyasəti davam etdiriləcək. Minsk Qrupu da bu işin içində olduğundan və onların da əsas məqsədləri bu olduğundan heç nə dəyişməyəcək. Bəziləri belə hesab edirdilər ki, hər üç ölkədə – Rusiya, Azərbaycan, Ermənistanda seçkilərdən sonra bu məsələdə irəliləyiş olacaq. Ancaq mən hesab edirəm ki, prinsiplər dəyişməyincə heç bir irəliləyişdən söhbət gedə bilməz”. Bununla belə, Q.Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Qarabağ danışıqlarının davam etdiriləcəyini güman edir: “Danışıqların intensivləşəcəyi gözlənilir. Həmsədrlər işğal olunmuş ərazilərin bir hissəsinin qeyd-şərtsiz boşaldılmasını tələb edəcəklər. Ermənistanı Rusiyanın da buna məcbur etmək istəyi var. Başqa cür problemin həlli yolunda irəliləyiş anlayışı yoxdur. Hələ ki, Madrid prinsipləri üzərində israr olunur. Bu da ilk mərhələdə ərazilərimizin bir hissəsinin azad edilməsi və sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini nəzərdə tutur”.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimində növbəti dəfə rəsmi Bakının Qarabağla bağlı prinsipial mövqeyini bəyan edib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 ildə bir sıra mötəbər təşkilatlar tərəfindən münaqişə ilə bağlı  bizim təklifi qəbul edilərək, önəmli qətnamələr qəbul edilib. Bu qətnamələrdə göstərilib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” (APA). Münaqişənin həlli ilə bağlı hüquqi bazanın mövcud olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, Azərbaycan son 15 ildə Ermənistanın işğalçı siyasətini ifşa edib, Azərbaycanın səyləri nəticəsində Ermənistan bır çox regional layihədən təcrid olunub: “BMT Təhlükəsizlik Şurasının qətnamələri bu münaqişənin həlli üçün əsas hüquqi bazadır və biz haqlı olduğumuzu dünyaya bir daha sübut edə bilmişik. Erməni lobbi təşkilatları Azərbaycana qarşı kampaniyalar aparsa da, bu, beynəlxalq qərarlara təsir edə bilmədi.  Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma Dağlıq Qarabağı heç kim tanımır və tanımayacaq. Orda keçirilən referendumu qonşu ölkələr və beynəlxalq təşkilatlar pislədi. Biz dünya birliyinə onu da çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır. Bunu təsdiqləyən sübutlar var. Biz bir neçə deportasiyaya məruz qalmışıq və bunu dünyaya çatdırmalıyıq”.

Bu isə həm Ermənistana, həm də onun havadarlarına ünvanlanmış növbəti xəbərdarlıq kimi qəbul olunmalıdır. Xatırladaq ki, bəzi çevrələrdə Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsi həm də Qarabağla bağlı çox ciddi qərarın veriləcəyi ilə izah olunurdu.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri