21 Oktyabr 2020 02:40

46 qız niyə psixopat falçının qurbanı oldu? – Fizik açıqladı

Bu dəhşətli hadisədə çarəsiz insanları psixopat falçının qurbanı halına gətirən, cəmiyyətdə falçılara olan inam və mətbuatın ulduz falını, digər fal növlərini sorğu-sualsız, etibarlı peşə kimi təbliğ etmələridir. Bu təbliğat bəzən passiv şəkildə, dolayı yolla işləyir – onlara efir verilir, rəyləri soruşulur, çarəsiz, ya da öz aralarında dialoq qurub, problemi aydınlaşdıra bilməyən insanlar falçıları çarə kimi görürlər.

Turkustan.info Kult.az-a istinadən xəbər verir ki, bu sözləri fizik Yalçın İslamzadə bu gün mətbuatda 46 qıza qarşı əxlaqsız hərəkətlər edən psixopat falçı haqqında yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib. O vurğulayıb ki, əksəriyyəti sosial şəbəkə istifadəçisi olan qurbanların sayı daha çox ola bilərmiş:

“Bu qurbanlar, görünür, texnologiyadan istifadə edən, ancaq onu yaradan elmi düşüncədən uzaq olan insanlardır. İnsanlara “bilmədiyiniz, yoxlamadığınız, özünü təsdiqləməmiş, sınaqlardan keçməmiş təlimləri şöhrət, sensasiya ya da maddiyyat üçün təbliğ etməyin” deyəndə, belə nəticələrin olacağı nəzərdə tutulurdu. İtki sadəcə bir az pul deyil, qalıcı bir travmadır”.

Y.İslamzadə bildirib ki, mövzunu bir çox aspektdən müzakirə etmək mümkündür:

“Ancaq nəticədə, potensial qurbanlarla istismarçıların bir-birilərilə qarşılaşa biləcəkləri platforma yaranır. Ona görə də az-çox izləyicisi, dinləyicisi olan, fikrini üç-beş nəfərin ciddiyə aldığı insanlar, prodüserlər, yazarlar, sosial şəbəkə müdrikləri nəyi təbliğ edəcəkləri mövzusunda diqqətli olmalıdırlar. Onlar qurbanla istismarçının bir araya gəlməsi, istismar və zorakılıq mexanizminin işləməsi üçün platforma yaratdıqlarının fərqində olmalıdırlar”.

Y.İslamzadənin sözlərinə görə, qızların falçıya qurban olacaq qədər sadəlövh olmaları, elementar skeptizmə sahib olmamaları da əlavə problemdir:

“Təəssüf ki, bu düşünmə vərdişi onlara aşılanmayıb. Mistisizmi, ara həkimliyini, intiharı, depressiyanı, falçılığı, ekstrasensliyi, təriqətçiliyi, qütbləşmələri təbliğ edənlər bir daha düşünsünlər. Məsələn, bir şair şöhrət axtarır, bir-iki dəfə “sarı simə” toxunur, onu başa çıxarırlar. Tükənən şair isə şöhrəti davam etdirmək üçün kimlərisə guya təhqir edir, bu səfər ona status qazandıranlar yenidən şairin etibarını əlindən almağa çalışırlar. Ya da başqa bir şair, özü dünya nemətlərinə heç etiraz etməsə də, daima dünyanı lənətləyir, insanlara çarəsizlik, fatalizm, inamsızlıq aşılayır və özünə inamı itmiş insanlar fırıldaqçıların qurbanına çevrilirlər”.

Qeyd edək ki, bu gün mətbuatda Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələrdə “ovlayan” falçının peyda olduğu ilə bağlı xəbərlər yayılıb. “Yeni Müsavat”ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan 2-si müraciət edib. Qızlar falçının onlara dərman içirdib, intim hərəkətlər etdiklərini bildiriblər.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri