21 Oktyabr 2020 14:18

Rusiya Ermənistanı xəyanətə görə cəzalandırır

Serj Sarkisyanı Ukrayna liderinin taleyi gözləyir

Ermənistanda Serj Sarkisyanın istefaya getməsini tələb edənlərin sıraları gündən günə genişlənir və artıq diaspora təmsilçiləri də İrəvana gələrək etirazçılara qoşulurlar.

İstiPress-in məlumatına görə, “armenia.im” portalı yazır ki, hələ aprelin 17-də etirazçıların lideri Nikol Paşinyan bildirib ki, Moskvadan gəlmiş bir qrup artıq nümayişçilərə qoşulub, həmçinin daha bir neçə qrup da yoldadır. Həmçinin, Fransadan, ABŞ-dan və Ukraynadan da gənclər İrəvan nümayişlərinə qoşulublar. Amma sosial şəbəkə postlarından belə görünür ki, daha çox fəallığı Rusiya  təmsilçiləri göstərirlər. 

 Bu məsələdə ən maraqlı məqam Rusiyanın dövlət agentliyi “RİA Novosti”nin Nikol Paşinyanın Rusiyadakı erməni diasporuna təşəkkür etməsi barədə xəbər yaymasıdır:

“Mən xüsusi olaraq Rusiya və ABŞ-dakı erməni diasporlarını qeyd etmək istəyirəm, onlar ən fəaldırlar”, – deyə “RİA Novosti” Paşinyanın sözlərini dərc edib.

Göründüyü kimi, Rusiyanın dövlət agentliyi sətiraltı da olsa, bu ölkədəki erməni diasporunun Sarkisyanın istefaya getməsinin tərəfdarı olduğunu vurğulayır. Erməni diasporunun  Rusiya hakimiyyəti ilə yaxın əlaqələri olduğu nəzərə alınarsa, diasporun İrəvan nümayişlərində belə fəal iştirakına Kremldən xeyir-dua verildiyini görməmək mümkün deyil.

Paşinyanın tərəfdarları yolları kəsir – İrəvan, 20 aprel 2018-ci il

Bəs görəsən, Moskva bütün həyatı boyu ona qulluq etmiş Serj Sarkisyanı niyə belə cəzalandırır? Böyük ehtimalla burda əsas rolu Avropa Birliyi ilə 24 noyabr 2017-ci il tarixdə Brüsseldə imzalanmış tərəfdaşlıq sazişi oynayır.  Həmin sazişə görə, Avropa Birliyi 2020-ci ilə kimi Ermənistana 175 milyon dollar yardım etməlidir.

 Təbii ki, həmin pullar boş yerə verilməyəcək və Ermənistan Avropa Birliyi qarşısında müəyyən xidmətlər göstərməlidir. Rusiyanın «Vestnik Kavkaza» portalına müsahibə verən  rus politoloq Sergey Mixeyev vurğulayıb ki, forlmal olaraq “təhlükəsizliyinə” baxmayaraq bu saziş de-fakto Ermənistanı Avropa Birliyinin təsir zonasına aparır, bu isə Rusiya üçün Ukrayna hadisləri kimi təhlükəlidir.

Rusiya Ukraynanı həmin əməkdaşlıq sazişinə görə necə cəzalandırdığı göz qabağındadır – Krımı ilhaq etdi, Ukraynanın şərqi faktiki olaraq Rusiya işğalı altındadır. Təbii ki, eyni məntiqlə yanaşdıqda Ermənistan üçün oxşar sazişi imzalamış Serj Sarkisyan da  Moskvanın qəzəbi ilə üzləşməlidir. 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri