Be. Okt 14th, 2019

9 uşağı olan kişi sonsuz olduğunu öyrəndi

35 illik evli şəxs həyatının şokunu yaşayıb

Mərakeşdə çoxuşaqlı ata həyatının şokunu yaşayıb. Turkustan.info-nun məlumatına görə, 9 övladı olan kişi təsadüfən sonsuz olduğunu öyrənib. 

Təhsil sahəsində çalışan kişi həyat yoldaşı ilə 35 il evli olub. Onun bu xəstəliyinin üstü isə tamamilə təsadüfən  – dispanserləşdirmə (dispanserlər vasitəsilə görülən sağlamlıq tədbirləri) zamanı meydana çıxıb. Eşikdikləri qarşısında heyrətə düşən kişi bundan sonra ona qoyulan diaqnozu dəqiqiləşdirmək üçün bir neçə dəfə həkim müayinəsindən keçib. Ancaq nəticə dəyişməyib. 

Bütün nəticələri toplayan kişi indi ondan olduğunu iddia edərək 9 övlad dünyaya gətirən 35 illik həyat yoldaşından məhkəməyə müraciət edib. Adı açıqlanmayan kişinin məqsədi həm “övladlarının” anasından boşanmaq, həm də özünün valideyn hüququndan məhrum edilməsidir.

Qadını həbs cəzası gözlədiyi də istisna edilmir.   /İstiPress/

Paylaş: