Be. Okt 14th, 2019

Nikol Paşinyan: “Serj Sarkisyan istefa verməlidir!”

Ermənistanın baş naziri Serj Sarkisyan vəziyyətə nəzarət etmir.

Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, bunu Yerevanda mitinqdə çıxış edən “Mülki müqavilə” partiyasının lideri, deputat Nikol Paşinyan bəyan edib.

Hakimiyyətin dialoqa çağırışlarını şərh edən N.Paşinyan deyib ki, artıq hökumətlə danışıqlara başlanılıb. “Çünki xalq artıq hakimiyyəti ələ alıb”, – deyə deputat əlavə edib.

Onun sözlərinə görə, bu gün ölkədə etirazlar daha kütləvi xarakter daşıyıb, nümayişçilərin sayı digər günlərlə müqayisədə artıb, bəzi ali məktəblərin tələbələri isə dərslərdən imtina edib.

N.Paşinyan həmçinin etirazçıların tələblərini səsləndirib: “Serj Sarkisyan istefa verməli, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazir seçilməli və müvəqqəti hökumət yaradılmalıdır”.   /Virtualaz.org/

Paylaş: