Be. Okt 14th, 2019

Prezidentin Baş nazirliyə namizədi elan olundu: Novruz Məmmədov

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Spiker iclasın gündəliyində bir məsələ olduğunu bildirdi və səsə qoydu.

O.Əsədov öncə 11 aprel prezident seçkisində cənab İlham Əliyevin prezident seçildiyini bildirdi və ölkə başçısını təbrik edib, işlərində böyük uğurlar arzuladı. Əlavə etdi ki, cənab prezident özünün andiçmə mərasimini Milli Məclisdə keçirib, bu da parlamentə yüksək etimadın nəticəsidir.

O.Əsədov dövlət başçsıının Milli MƏCLİSƏ məktubunu oxudu. Məktubda deyilir: ”Baş naziri vəzir vəzifəsinə Novruz İsmayıl oğlu Məmmədovun namizədliyini təklif edirəm”.

Deputatlar bu təklifi alqışlarla qarşıladılar.

Paylaş: