Be. Okt 14th, 2019

Trampdan reaksiya: “Dünya üçün çox gözəl xəbərdir”

Donald Tramp: “Görüşümüzü dörd gözlə gözləyirik”

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə sınağından imtina etmək qərarına münasibət bildirib.

Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp açıqlamasında Kim Çen Inın bütün nüvə sınaqlarını dayandırdığını və çox böyük bir ərazidə nüvə poliqonunu bağlatdırdığını deyib: “Bu, Şimali Koreya və dünya üçün çox gözəl bir xəbərdir, böyük irəliləyişdir. Görüşümüzü dörd gözlə gözləyirik”.

Xatırladaq ki, Şimali Koreyanın mərkəzi xəbər agentliyi ölkənin nüvə və uzaq mənzilli ballistik raket sınaqlarını təxirə saldığını və nüvə poliqonunu bağlamaq qərarına gəldiyini açıqlayıb. Agentlik, ölkənin beynəlxalq alımdəki vəziyyətini yaxşılaşdırmaq və iqtisadiyyatı gücləndimək üçün hərəkətə keçildiyini bildirib.    /sputnik.az/

Paylaş: