ATƏT Parlament Assambleyasınının vitse-prezidenti Azay Quliyev Serj Sarkisyanın baş nazir vəzifəsindən istefasına münasibət bildirib.
Turkustan.info xəbər verir ki, Azay Quliyev Twitter hesab;ndan S.Sərkisyanın istefası ilə bağlı mühüm mesaj verib:
- “Ümid edirəm ki, Qarabağ münaqişəsi dalğasında qanla hakimiyyətə gələn Serj Sarkisyanın istefası erməni xalqının reallığı düzgün qiymətləndirərək qonşuları ilə münasibətlərə yenidən baxmağa, bölgədə ədalətli, davamlı sülhün bərqərar olması üçün adekvat addımlar atmağa imkan verəcək”.