22 Oktyabr 2020 10:02

“Qarabağ klanı”nın getməsi Bakıya ciddi şans verir – Markov

Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir.

Turkustan.info bildirir ki, bunu Trend-ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistanın baş naziri Serj Sərkisyanın istefasını şərh edərkən deyib.

S.Markovun sözlərinə görə, Serj Sərkisyanın və “Qarabağ klanı”nın gedişi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək, amma nə cür təsir göstərəcəyi məlum deyil:

“Məsələ ondadır ki, bu təkcə S.Sərkisyanın uzaqlaşdırılması deyil: bu amerikayönümlü, erməni “maydan”ının qələbəsidir. Nikol Paşinyan erməni dilində mənası “Çıxış” demək olan “Yelk”in rəhbəridir. O dəfələrlə deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Yəqin ki, bununla bağlı danışıqlar aparılacaq, amma Ermənistanın bu qurumdan çıxması az ehtimal olunur. Həm də ölkə quruma tam daxil də deyil”.

S.Markov hesab edir ki, Ermənistanda iğtişaşlar başlaya bilər, çünki bu çevrilişin nə dərəcədə dinc şəkildə başa çatacağı məlum deyil. Amma “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi imkan verir:

“Heç də bütün ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların saxlanması və Azərbaycana qaytarılmamasına görə blokadada əziyyət çəkmək istəmir. Ona görə də “Kazan formulu” əsasında dinc yolla nizamlanma imkanı artır. Bu formula əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana verilir və bunun cavabında Ermənistanın blokadası qaldırılır”.

Ölkədə hakimiyyətin devrilməsi fonunda Ermənistanın sosial-iqtisadi və siyasi kursunun dəyişməsi məsələsinə toxunan politoloq qeyd edib ki, etiraz hərəkatının liderlərini müstəqil saymır:

“Onlar kifayət qədər amerikayönümlüdür və onların əsas vəzifələri Ermənistanı Rusiyadan qoparmaq və tarixdə terror aktları ilə tanınan Daşnaksütun kimi təşkilatları Rusiyaya qarşı yönləndirməkdir”.

Xatırladaq ki, aprelin 13-dən İrəvanda sabiq prezident S.Sərkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları başlayıb. Aprelin 23-də S.Sərkisyan istefa verdiyini açıqlayıb.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri