25 Oktyabr 2020 18:37

Sərkisyan istefa verdi: Qarabağın həlli yolu açılır? – Politoloq

Rusiyanın Ermənistandakı təsiri bundan sonra zəifləyəcək.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın baş naziri Serj Sərkisyanın istefasına münasibət bildirərkən deyib. O bildirib ki, bundan sonra ermənilər qərbyönümlü siyasətə daha çox üstünlük verəcəklər:

“Ermənistanda gedən proseslər bölgədəki hadisələrə də təsir edəcək. Bütövlükdə Dağlıq Qarabağla bağlı danışıqlara da özünün müsbət təsirini göstərəcək. Serj Sərkisyan həddən artıq radikal-millətçi əhval ruhiyyəsində və Azərbaycan qarşı kəskin nifrəti olan bir adam idi. Dağlıq Qarabağ məsələsində Ermənistanın kəskin radikal mövqe tutmasının müəlliflərindən biri də məhz Sərkisyan idi”.

Politoloqun sözlərinə görə, bundan sonra bu mövqedə müəyyən bir yumşama prosesi gedə bilər:

“Dağlıq Qarabağ düyünün açılması üçün şansımız artır. Bu məsələ həm də Rusiyanın tutduğu mövqedən asılı olacaq. Amma güman edirəm ki, Rusiya da bu məsələdə müsbət mövqe tutacaq”.

Politoloq vurğulayıb ki, Ermənistanda parlament idarəetmə üsulu olduğundan, Sərkisyanın yerinə öz partiyasında bir nəfər seçilib yerləşdirilə bilər:

“Hazırda parlamentdə Daşnaksütyun və Respublikaçılar partiyasının ittifaqı üstünlük təşkil edir. Bu iki partiyanın birindən bir nümayəndə Sərkisyanın əvəzinə baş nazir postuna gətirilə bilər. Ancaq ola bilsin ki, Karen Karapetyan partiya üzvü olmasa da, Rusiyaya yaxın olduğu üçün baş nazir postuna yerləşdirilsin”.

Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Ermənistanın baş naziri Serj Sərkisyan istefa verib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri