C. Avq 23rd, 2019

Ərdoğan ermənilərə müraciət etdi

Həyatlarını itirən Osmanlı ermənilərini bir daha hörmətlə yad edirəm. Fürsətdən istifadə edərək eyni dövrdə xəstəliklər, köçlər, müharibə və atışmalar zamanı itirdiyimiz milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 apreldə erməni patriarxlığında keçirilən mərasimlə bağlı mesajında qeyd olunub.

“Biz tarix boyu acıları ayıran, bir-biri ilə yarışdıran deyil, daim paylaşan bir millət olduq. Öz torpaqlarımızda yaşayan insanlarla bərabər Əndəlüsdən Afrikaya, Cənubi Asiyadan Avropaya qədər başı dara düşən hər kəsin köməyinə qaçdıq. Bunu edərkən də heç kəsin inancına, dilinə, dininə, etnik və mədəni mənsubiyyətinə baxmadıq”, – Ərdoğan bildirib.

Paylaş: