C. Avq 23rd, 2019

150 manat təqaüd alan pensiyaçıların banklara borcları bağlansın – TƏKLİF

Bir müəssisəni sağlamlaşdırırıq, amma  nəticədə  minlərlə sahibkarı bankrot  vəziyyətdə qoyuruq.

Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, bunu “Müflisləşmə və iflas haqqında” qanun layihəsinin müzakirəsində deputat Əlİ Məsimli deyib. 

O qeyd edib ki, hər hansı bankın lisenziyası alınırsa sahibkar bundan əziyyət çəkir: 

“Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. Dəmir bankın lisenziyası alınıb və sahibkarın orada olan pulu almasında problem yaranıb. Əgər bankın lisenziyası alınıbsa onu başqa banka keçirsinlər. Bui yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər.

İkinci məsələ isə, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015- ci il də səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya  nəticəsində xeyli insan ziyan çəkdi. Onlara  nə edəcəyik?. Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı. Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, 3 min dollar qədər borcu olan şəhid ailələrin, 150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın”.

Paylaş: