C. Avq 23rd, 2019

AŞPA-dan növbədənkənar seçkilə bağlı müraciət: “TƏXİRƏ SALIN”

Avropa Şurası Parlament Assambleyasi növbədənkənar seçkiylə bağlı Türkiyəyə müraciət edib.

Turkustan.info xəbər verir ki, Assambleya 24 iyunda keçirilməsi nəzərdə tutulan seçkini təxirə salmağı təklif edib. Buna səbəb kimi isə seçkinin Avropa kriteriyalarına cavab verməyəcəyi göstərilib.

AŞPA-da belə hesab edirlər ki, mövcud şərtlər daxilində keçiriləcək seçki Avropa standartlarına uyğun ola bilməz.

Xüsusilə fövqəladə hal rejiminin davam etdiyi bir zamanda polisin seçki məntəqələrinə girmək imkanının da olduğu vurğulanıb. Qərarın heç bir tətbiq mexanizmi yoxdur, ancaq tövsiyə xarakteri daşıyır.  AŞPA-nın 24 iyun seçkilərinə müşahidəçi göndərib-göndərməyəcəyi hələlik məlum deyil.   /Cebhe.info/

Paylaş: