C. Dek 13th, 2019

Bakı metrosu yenə qarışdı – Vaqonlar boşaldıldı

Bu gün “Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə hərəkət edən qatarda problem yaranıb.

Turkustan.info xəbər verir ki, qatarın vaqonlarından birinin qapısı “Xalqlar dostluğu” stansiyasında açılmayıb. Ləngimənin qarşısını almaq üçün metro işçiləri qatarın növbəti stansiyaya getməsi qərarı veriblər və beləliklə, sərnişinlər vaqondan düşə bilməyib. “Neftçilər” stansiyasında isə bir neçə dəqiqə qapıların açılmasına çalışılıb və sərnişinlər tam boşaldılıb, qatar isə xətdən çıxarılıb. Bu ərəfədə isə metroda böyük sıxlıq yaşanıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayevin sözlərinə görə, vaqonun qapısı ilə bağlı problem “Xalqlar dostluğu” stansiyasında yaranıb və metro işçiləri dərhal müdaxilə etməyə çalışıblar.

“Nasaz qatar xətdən çıxarıldı, sıxlığı aradan qaldırmaq üçün “Neftçilər” stansiyada yeni qatar xəttə buraxıldı. Sıxlıq qısamüddətli oldu. Hazırda metroda qatarların hərəkətində heç bir problem yoxdur”.  /Axar.az/

Paylaş: