Ç. Dek 11th, 2019

“İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə AXC-nin 100 illik yubileyinə dair mədəni tədbir

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə 28 aprel 2018-ci il, saat 14:00–da Bakı Musiqi Akademiyasının ‘Opera’ zalında Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin maliyyə, “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə ‘Bakı K-pop Festivalı 2018’təşkil ediləcəkdir.

Turkustan.info bildirir ki, Festivalın keçirilməsində məqsəd ölkəmizdə Koreya mədəniyyəti və musiqisini insanlara tanıtmaq və istedadlı gəncləri üzə çıxarmaqdır. ‘Bakı K-pop Festivalı’ artıq 4-cü ildirki Azərbaycanda keçirilir. 2017-ci ildə festivalda ümumilikdə 34 qrup tərkibində 50 nəfər öz rəqs və mahnıları ilə festivalın qalibi olmaq uğrunda mübarizə aparıblar.

Festivalda yalnız K-pop (Koreya pop musiqi) ifaçıları deyil, həmçinin azərbaycanlı məşhur müğənnilərin ifaları eşidiləcək, Koreyaya aid rəsm əsərləri nümayiş etdiriləcək, qonaqlar arasından seçim edilərək hədiyyələr təqdim olunacaqdır. Festivalda çıxış və qonaq qismində iştirak ödənişsizdir.

Paylaş: