C. Avq 23rd, 2019

İrəvanda inqilab: BMT Qarabağ çağırışı etdi

BMT-nin Baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasının qarşısını almağa çağırıb. 

Turkustan.info  xəbər verir ki, bu barədə A.Quterrişin bəyanatında deyilir.

“Baş katib, fürsətdən istifadə edərək, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu yaxınlarda təmas xəttində mümkün gərginlik hallarının qarşısını almaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün səyləri artırmaq məqsədi ilə tərəflərə ünvanladığı müraciətinə qoşulmaq istərdi”, – bəyanatda deyilir.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu 1994-cü ildə yaradılıb. Hazırda Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şoferdir.  /Report /

Paylaş: