C. Avq 23rd, 2019

Nazim İbrahimov Ramiz Mehdiyevə cavab verdi: “… Olmayıb”

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təqdimatında sabiq sədr Nazim İbrahimovu sərt tənqid edib.
Turkustan.info xəbər verir ki, bu barədə unikal.org-a eksklüziv açıqlama verən sabiq komitə sədri Nazim İbrahimov bunları deyib: “Komitədə hər hansı maliyyə pozuntusu olmayıb. Amma Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur”.
N.İbrahimov bu iddialar əsasında fəaliyyətinin təftiş olunacağı barədə fikirlərini də bildirib: “Hər hansı maliyyə pozuntusu olmayıb, amma təftiş oluna bilər. Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.
“Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib”.
Bunu  sözləri də “Report”un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər.
Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, – deyə, akademik Ramiz Mehdiyev vurğulayıb. 

Paylaş: