Ç. Dek 11th, 2019

Sərkisyanın istefası Qarabağa necə təsir edəcək? – De Vaal

Bu istefanın Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi irəliləyişə və böyük bir nailiyyətə gətirib çıxaracağını düşünmürəm.

Bu sözləri “Karnegi Avropa” fondunun böyük elmi işçisi, Qarabağ konfliktinin araşdırmaçısı, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal Sərkisyanın istefasının Qarabağ konfliktinə təsiri haqda Axar.az-a danışarkən deyib.

“Erməni siyasi elitasında dəyişdirilə bilməyən, Azərbaycanla heç bir kompromisə izn verməyən, atəşkəsin gücləndirilməsi üçün təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirən bir razılıq mövcuddur. Zənnimcə, bundan sonra əsas vasitəçinin kim olduğu barədə bəzi qarışıqlıqlar olacaq, çünki əlbəttə, Serj Sərkisyan bu münaqişə və danışıqların bütün detallarını yaxşı bilirdi”, – de Vaal bildirib.

Ekspertin sözlərinə görə, münqaşinənin müzakirəsi artıq öz formatını dəyişəcək:

“Qarabağ konflikti danışıqlarında Azərbaycan və Ermənistanın müzakirəsi üçün xüsusi bir qrupun yaradılması lazım olacaq. Artıq bu məsələ XİN rəhbərləri və prezidentlərin görüşü ilə çərçivələnməməlidir”.

Paylaş: