21 Yanvar 2021 08:57

Deputatlarımız NATO PA-nın iclasında Ermənistana etiraz etdilər

“NATO PA-nın Batumidə 97-ci “Rouz-Rout” konfransı keçirilir. İclasda Cənubi Qafqazda davam edən təhlükəsizlik, narahatçılıqlar mövzusunda  müzakirələr aparılır. Müzakirələr zamanı çıxış edən 2 ekspert Cənubi Qafqazdakı vəziyyətlə bağlı çıxış etsələr də, amma demədilər ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib”. 

Turkustan.info bildirir ki, bu barədə Modern.az-a açıqlamasında Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib.

Deputat bilidirib ki, Cənubi Qafqaz üçün ən böyük təhlükə Ermənistan və onların yaratdıqları problemlərdir.

“Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və Xocalı genosidi kimi cinayət törədib. BMT-nin  Təhlükəsizlik Şurası  və bütün beynəlxalq təşkilatlar bununla bağlı qətnamələr qəbul ediblər. Bütün bu qətnamələrdə Ermənistanın qeyd-şərtsiz Azərbaycanın işğal altındakı rayonlarından çıxmağı tələb edilir.

Məlahərt İbrahimqızı deyib ki, işağl altında olan Azərbaycan torpaqları nəzarətsiz bölgə kimi Ermənistan tərəfindən transmilli mütəşəkkil cinayətkarlıq üçün məkana çevrilib.

“Narkobiznes, silah qaçaqmalçılığı, Orta Şərqin  terrorçu qruplarının məkanıdır. Bu da təkcə bölgə üçün deyil, Avropa və dünya üçün təhlükədir. Ermənistandakı son proseslər də göstərdi ki, bu ölkə fəlakətə gedir. İşğalçı ölkə həm də blokadada  dalan dövlətə çevrilib. Problemin yeganə yolu Ermənistanın işğal etdiyi Azərbaycan  torpaqlarından çıxmasıdır. Bundan sonra isə  digər məsələlər müzakirə oluna bilər.

Təəssüflər olsun ki,  bu konfliktin həll olunmasına erməni rəsmilər konstruktiv yanaşmırlar. Bu da vəziyyəti ağırlaşdırır. İki dəfə problemin həllinə yaxınlaşılıb. Birinci dəfə  Ter Petrosyanı istefaya göndərildi, digərində  isə  Ermənistan parlamentdə dövlət səviyyəsində terror oldu.  Aprel müharibəsi də göstərdi ki, sülh yolu yeganə həll yolu deyil. Azərbatcan xalqının da dözümü sonsuza qədər deyil”.

Azərbaycanlı deputatın çıxışından sonra erməni ekspert və bəzi başqa ölkələrin deputatları çıxış edərək bildiriblər ki, Azərbaycan və Ermənistan qonşu ölkələrdir və əməkdaşlıq etməlidir.

Bundan sonra isə çıxış edən Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Kamran Bayramov  bildirib ki, Ermənistan 25 ildir ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal edib.

“İşğal nəticəsində 1 milyondan çox əhali qaçqın düşüb. Bu kimi halların müqabilində necə ola bilər ki, biz Ermənistanla əməkdaşlıq edə bilərik? Azərbaycan dövləti və xalqı bunu etməz. Ona görə yeganə yol Ermənistanın işğal etdiyi torpaqları azad etməsidir. Sonra əməkdaşlıq”.

Azərbaycanlı deputatların çıxışından  sonra Türkiyənin iki deputatı Oktay Vural (MHP) və Mətin Lütfi Baydar  (CHP) da bildirdilər ki, Azərbaycanın torpaqları işğaldan azad olunmayana qədər Türkiyə ilə Ermənistan arasında heç bir diplomatik əlaqə qurulmayacaq.

Paylaş: