26 Oktyabr 2020 04:33

Ermənistan böyük müharibəyə hazırlaşır

Karen Karapetyan iki istiqamətdən birində vəziyyəti gərginləşdirəcək.

Ermənistanda küçə nümayişlərinin lideri Nikol Paşinyanla baş naziri əvəz edən Karen Karapetyan arasında dialoqun alınmaması İrəvanda yaxın günlərdə gərgin hadisələrin yaşanacağından xəbər verir.

Turkustan.info İstiPress-ə istinadən məlumatına görə, hazırda İrəvanın Respublika meydanında mitinq keçirmək üçün yürüşə çıxan etirazçılar Serj Sarkisyanın istfasından sonra Karen Karpetyanın hakimiyyəti öz əlində cəmləməyə çalışması ilə razılaşmadıqlarını bildirirlər.

Bir sıra ekspertlər Karen Karapetyanın seçkilərə qədər baş nazir vəzifəsini Nikol Paşinyana təhvil verməsini tələb edirlər. Parlamentin iri fraksiyalarından sayılan “Çiçəklənən Ermənistan”ın nümayəndələri də küçələrə çıxaraq nümayişçiləri dəstəklədiklərini bəyan ediblər. Daha sonra daşnaklar da bu addımı atdı.  

Lakin daşnaklar və “Çiçəklənən Ermənistan”la Nikol Paşinyanın rəhbəri olduğu “Çıxış” fraksiyasının parlamentdə cəmi 47 səsi var ki, bu, Nikol Paşinyanın baş nazir seçilməsinə imkan yaratmır, baş nazir kürsüsü üçün müxalifətə ən azı 53 səs gərəkdir. Bu isə hakimi Respublika Partiyasını ürəkli davranmağa həvəsləndirir, parlamentdəki səs imkanları hakim partiyaya təkbaşına hökumət seçmək üçün imkan yarada bilər və bunu partiya təmsilçiləri dəfələrlə vurğulayırılar. Hakim Respubilka Partiyasının təmsilçilərinin dediyindən belə başa düşülür ki, onlar təkrar seçki keçirmək istəmirlər və baş nazirliyə namizədləri Karen Karapetyandır.

Nikol Paşinyanla Karen Karapetyanın 25 aprelə nəzərdə tutulmuş görüşü baş tutmadı

Nikol Paşinyanla Karen Karapetyanın 25 aprelə nəzərdə tutulmuş görüşü baş tutmadı

Karen Karapetyan isə hakimiyyəti Nikol Paşinyana vermək niyyətində deyil və baş nazirin meydanlarda deyil, parlamentdə seçildiyini vurğulayır. Karpetyan həm də Qarabağ münaqişəsinin taleyini əsas gətirərək hakimiyyəti vermək istəmir. Böyük ehtimalla Serj Sarkisyanın istefasından sonra onun işğal reciminin rəhbəri Bako Saakyanla da söhbəti bununla bağlı olub. İstənilən halda, o, Qarabağ klanının təmsilçisi kimi hakimiyyəti əlindən vermək istəməyəcək.

Hər halda, Nikol Paşinyan 2008-ci il seçkilərində mərhələli həll variantının tərəfdarı olan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olub. Zaman-zaman reytinq xətrinə Azərbaycan əleyhinə bəyanatlar səsləndirsə də, Ermənistanın gələcəyi naminə Türkiyə və Azərbaycanla sərhədləri açmağa çalışacaq. Bunun üçünsə ilk addım kimi Dağlıq Qarabağ ətrafı rayonlardan ordunu çəkməli və keçmiş muxtar vilayətin statusu barədə danışıqlara başlamalıdır.

Münaqişənin həlli üzrə yaradılmış ATƏT qrupunun həmsədrləri dəfələrlə deyiblər ki, münaqişə ərazi bütövlüyünün qorunması və xalqların öz müqəddəratının təyin etmə hüququ prinsipləri  çərçivəsində həll ediləcək. Bu isə Dağlıq Qarabağın həmişə Azərbaycanın hüquqi sərhədləri çərçivəsində qalacağı deməkdir, istisna yalnız Ermənistanla birbaşa əlaqələrin təmin üçün edilməsi üçün Laçından dəhlizin verilməsi ola bilər.

Qarabağ klanın üçün münaqişənin həlli son deməkdir. Bir vaxt münaqişənin törədilməsində əli olan klan təmsilçiləri – Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan, Bako Saakyan və başqaları erməni xalqını mənasız yerə bu illərin bəlalarına düçar etdiklərinə görə Ermənistanda mühakimə edilməklə yanaşı, beynəlxalq məhkəməyə də verilə bilər. Hər halda, Serj Sarkisyan özü də Xocalı soyqırımını törətdiklərini etiraf edib və buna görə rahatlıqla Haaqa məhkəməsinə verilə bilər.

Buna görə, Qarabağ  klanı heç cür hakimiyyətdən getməyəcək və vəziyyətdən çıxış üçün qan tökülməsinə gedəcək. Bu qan İrəvan küçələrində də tökülə bilər, amma  bu bir qədər riskli ola bilər. Çünki bu dəfə 2008-ci ildəki kimi camaatı 8 qurbanla sakitləşdirmək mümkün olmayacaq, sakitlik yaratmaq üçün yüzlərlə adam öldürülə bilər. İkinci istiqamət isə Qarabağda vəziyyəti gərginləşdirib bir neçə yaşayış məntəqəsini, hətta ola bilər ki, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını  Azərbaycanın nəzarətinə döyüş yolu verməklə ola bilər. Bu variant həm Madrid prinsiplərinə riayət istiqamətində Ermənistanın ilk addımı ola bilər, həm də bütün günahları Paşinyanın belinə yıxmağa imkan yaradar. Nəticədə, Karen Karapetyan fövqəladə hal elan edər, Paşinyanı həbs etdirib vətən xaini çıxarar və s.     

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri