02 Dekabr 2020 22:45

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi

Rusiyanın Xarici işlər nazirliyi Ermənistanda hadisələrin hüquqi müstəvidə, konstitusiya çərçivəsində inkişaf edəcəyinə ümidvar olduğunu bəyan edib.

Turkustan.info xəbər verir ki, bu barədə “İnterfaks” nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Ermənistanda daxili siyasi şəraitin inkişafını diqqətlə izləməyə davam edirik. Bizim ölkələri tarixi ənənəvi dostluq, çoxtərəfli əməkdaşlıq və müttəfiq əlaqələri birləşdirir.

Ümid edirik ki, orada vəziyyət müstəsna olaraq hüquqi müstəvidə, konstitusiya çərçivəsində inkişaf edəcək, siyasi qüvvələr isə məsul şəkildə konstruktiv dialoqa hazır olduqlarını nümayiş etdirəcək”, – deyə XİN-nin bəyanatında qeyd olunur.

Paylaş: