C. Sen 20th, 2019

Növbədənkənar seçki nə vaxt keçiriləcək? – Bu gün açıqlanacaq

Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güvən seçki vaxtını bu gün açıqlayacaqlarını deyib.

Turkustan.info yerli mətbuata istinadən xəbər verir ki, S.Güvən seçkilər hansı gündə keçirilməsinə bu gün qərar veriləcək və səbəblərinin açıqlanacağını deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 24 iyunda keçiriləcəyini deyib. Bundan öncə isə növbədənkənar seçki təklifi ilə çıxış edən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı seçkilərin 26 avqustda keçirilməsini məqsədəuyğun hesab etdiyini bildirmişdi.   /Cebhe.info/

Paylaş: