30 Noyabr 2020 23:42

Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə edib

İrəvanda keçirilən etiraz aksiyalarının təşkilatçısı, “Mənim addımım” təşəbbüs qrupunun rəhbəri Nikol Paşinyan Rusiyanın Ermənistandakı səfiri İvan Volinkinlə görüşüb.
Bu barədə Paşinyan açıqlama verib. O bildirib ki, səfir İvan Volinkinlə görüşündə Rusiyanın Ermənistandakı hadisələrə müdaxilə etməyəcəyinə dair vəd verilib. 
Görüş Paşinyanın təşəbbüsü ilə baş tutub. O, səfirlə görüşdə Ermənistandakı daxili-siyasi vəziyyət və Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldığını qeyd edib. Lakin Paşinyan bu barədə ətraflı məlumat verməyib.     (Ordu.az)

Paylaş: