02 Dekabr 2020 04:32

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında telefon danışığı olub. 

Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Ermənistandakı siyasi böhranın həlli yolları müzakirə edilib və bildirilib ki, nizamlanma yalnız mövcud konstitusiya çərçivəsində, həmçinin 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələrinə əsasən baş verməlidir.

Tərəflər həmçinin mayın 1-nə planlaşdırılan parlament tərəfindən respublikanın baş nazirinin seçilməsinə dair məsələni xüsusi vurğulayıblar.  /A24.Az/

Paylaş: