C. Sen 20th, 2019

Rayon maşınları Bakıya buraxılmır – Video

Rayon dövlət nömrə nişanlı avtomobillərin paytaxta girişinə məhdudiyyətlər tətbiq edilib. Formula-1 yarışları ilə əlaqədar paytaxtın həm şimal, həm də cənub girişində postlar qurularaq 10, 90 və 99 dövlət nömrə nişanlı avtomobillərdən başqa digər avtomobillər yaxınlıqdakı pulsuz duracağa göndərilir.

Real TV-nin məlumatına görə, minik və yük avtomobillərinin paytaxta girişinə məhdudiyyətlər qoyulsa da, rayonlardan və digər şəhərlərdən Bakıya gələn sərnişindaşıma ilə məşğul olan avtobusların Beynəlxalq Avtovağzala qədər girişinə şərait yaradılır.

Xatırladaq ki, paytaxtın şimal girişindəki post Bakı-Sumqayıt yolunun 16-cı kilomterliyində Xırdalan şəhərinin, cənub gişiri isə Bakı-Qazax yolunun 14-cü kilometrliyində Lökbatan dairəsi yaxınlığında qurulub. Məhdudiyyətlər Formula-1 Azərbaycan Qran Prisi yekunlaşana qədər davam edəcək.

      Paylaş: