C. Sen 20th, 2019

Rusiya ilə müharibə başlayarsa, 100 minlik… – SAVAŞ PLANI

Ukraynada ehtiyat qüvvə üzrə unikal sistem yaradılıb.
Bu haqda “Ukrinform”a müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının başçısı Viktor Mujenko deyib.
Onun sözlərinə görə, Donbasda vəziyyət kəskinləşəcəyi halda, ora dərhal 100 min döyüşçü göndəriləcək: “Vəziyyətin kəskinləşməsi halında, təlim görmüş insanların istənilən sayını cəlb etmək imkanımız var. Yüz mindən çox belə insandan söhbət gedir. Onlar hərbi hissələri çox tez doldurmağa hazırdır”, – Baş qərargahın başçısı əmin edib.
Mujenko bildirib ki, 2018-ci ildə Ukraynanın Silahlı qüvvələri tank əleyhinə müdafiəni ciddi gücləndirəcək.
Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların nəzarətindədir. Kiyev və Qərb Donbasda Rusiyanın nizami qoşunlarının olduğunu iddia edir. Lakin Moskva Donbas münaqişəsində tərəf olmadığını dəfələrlə bəyan edib.    (publika.az)

Paylaş: