Ca. Dek 12th, 2019

Tehrana zərbələr endiriləcək və… – İsrail dəhşətli SSENARİNİ AÇIQLADI

İsrailin müdafiə naziri Aviqdor Liberman Vaşinqtonda yüksək vəzifəli amerikalı səlahiyyətlilərlə görüş öncəsi İranı müharibə ilə hədələyib.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, nazir İranın hər hansı təhdidinə laqeyd qalmayacaqlarını və lazım gələrsə, Tehranı vuracaqlarını bildirib.

“İran Tel-Əvivə hücum edərsə, İsrail Tehranı vuracaq və Suriyada İsraili təhdid edən İranın hərbi birliklərini məhv edəcək”, – o vurğulayıb.

İsrailin hər hansı müharibə ilə maraqlanmadığını ifadə edən Liberman, ancaq Suriyadakı İranın varlığına maneə olmaq üçün əvəz ödəməyə hazır olduqlarını söyləyib.  /Publika.az /

Paylaş: