Ca. Sen 19th, 2019

“Daha səni raketlə yuxudan qaldırmayacağam”- Diktator “düşmən qardaş”ına şəxsən söz verdi- TARİXİ GÖRÜŞ

“Daha Cənubi Koreya prezidenti Mun Çje İni raketlərlə yuxudan qaldırmayacağam”.

Turkustan.info xəbər verir ki, Şimali Koreya lideri Kım Çen In bunu prezidentlə bu gün başlayan tarixi görüşündə vəd edib. Prezidentin vədini mətbuat katibi Yun Yen Çxan mətbuata çatdırıb.

“Kim Çen prezidenti Muna bildirib ki, Şimaldan atılan raketlərin onu narahat etdiyini eşidib və bir daha bunu təkrarlayaraq onu yuxuda həyəcanlandırmayacaq“,-deyə mətbuat katibi qeyd edib.

Kim Çen eyni zamanda iki Koreya arasında fikir ayrılığına son qoymaya çağırıb. Həmçinin tez-tez görüşməyi təklif edib. Kim Çen Seula səfər etmək arzusunu çatdırıb. Prezident Mun isə Pektusan dağına getmək arzusunu dilə gətirib. Bu dağ koreyalılar üçün ibadət yeri hesab edilir. Həmçinin liderləri Koreyaların birləşdirilməsi məsələsinin müzakirəsinin sürətləndirilməsinə tərəfdar olduqlarını bildiriblər.   /Cebhe.info/

Paylaş: