Ca. Sen 19th, 2019

İlham Əliyev Novruz Məmmədova daha bir vəzifə verdi – FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb. 
 
Turkustan.info xəbər verir ki, fərmanla Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:
 
Komissiyanın sədri
 
Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri
 
Komissiyanın üzvləri
 
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
 
Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
 
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri
 
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
 
Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri
 
Samir Nuriyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
 
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
 
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
 
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
 
Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi
 
Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
 
Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru
 
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru
 
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi
 
Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi
 
Altay Hacıyev – xalq rəssamı
 
Arif Məlikov – xalq artisti
 
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
 
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
 
Mövlud Süleymanlı – xalq yazıçısı
 
Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri
 
/A24.Az/

Paylaş: