Bz. Sen 15th, 2019

“Karate Federasiyası”nın rəhbərliyi Şəkidə idmançılarla görüşdü

Bu gün Avropa Çempionatı qabağı Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Milli Karate Federasiyası (AMKF) rəhbərliyi idmançılarla görüşüb. Onlara yarış qabağı uğurlar arzu ediblər.  

Turkustan.info xəbər verir ki, görüşdə Federasiyanın vitse-prezidenti Rəhman Hətəmov, baş katibi MirHəsən Seyidov, idarə heyətinin üzvləri Fizuli

Musayev və Oqtay Məmmədov iştirak ediblər.

Həmçinin hakimlər komitəsinin sədri Cahangir Babayev tərəfindən yarış qaydalarında edilən dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair   seminar, həmçinin idmançıların yarışlarda çıxışlarından hazırlanmış xüsusi analitik məşğələlər də keçirilib.

Paylaş: