Bz. Sen 15th, 2019

Rus NATO-sunun qüvvələri İrəvana yeridilir – Əks-inqilab

Ermənistan hakimiyyətinin Moskvaya göndərdiyi nümayəndələr Rusiya rəhbərliyi ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının operativ reaksiya qüvvələrinin yeridilməsi barədə müzakirələr aparıblar.

Bu iddia ilə “Lragir.am” saytı çıxış edib.
“Ermənistan hakimiyyətin parçalanması prosesi başlayıb. Artıq ölkədəki etirazların liderləri əllərinə düşəcək mühüm imkanı itirdikləri anlayıblar. Bununla Ermənistanda dünən hərəkatın Moskvaya yaxınlaşdırılması məqsədilə əks-inqilab başlayıb. Nikol Paşinyan deyir ki, ya baş nazir olacaq, ya da Ermənistanın baş naziri olmayacaq. Hakimiyyət konstitusion proses məsələsində israr edir və Moskvaya ümid edir. Qagik Çarukyan isə sirk göstərərək, mövqeyini tez-tez dəyişir. Çarukyan özünün siyasi aksiyalarının dəyərini artırmaq üçün hərəkata qoşulub və görünür ki, buna nail olub. Artıq onunla erməni əsilli rusiyalı oliqarxlar arasında razılaşmaya dair məlumatlar yayılır”, – deyə məqalədə bildirilib.    /EurasiaDiary/

Paylaş: