29 Oktyabr 2020 02:13

Paşinyan Kremli inandırmağa çalışır: Qarabağ klanı isə…

Ermənistanda problemlərin həll edilməsi üçün Paşinyan Respublika Partiyasından bir namizədin baş nazir olmasına razılıq verəcəyi ehtimal edilirdi.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, politoloq Fərhad Mehdiyev deyib. Politoloqun sözlərinə görə, amma Paşinyanın açıqlamalarından onun baş nazir olanadək aksiyaları davam etdirəcəyi görünür:

“Ermənistanda baş verən hadisələri diaspor, indiki prezident Armen Sərkisyan da dəstəkləyir. Armen Sərkisyan cəmiyyətdə Paşinyana stavka olduğu, diasporun da bu hərəkatı dəstəklədiyini nəzərə alaraq, bu addımı atır. Eyni zamanda, Paşinyan səfirlərlə görüşündə də aksiyaların nə Rusiyaya, nə də Amerikaya qarşı olduğunu bildirdi. Bu üsyan sadəcə korrupsiyaya qarşı olan bir hərəkatdir. Yəni Paşinyan əslində demək istəyirdi ki, biz xarici siyasətimizi dəyişdirməyəcəyik. Buna görə də Rusiya bu etirazları kənardan seyr etməklə kifayətlənirdi”.

Politoloq qeyd edib ki, Paşinyanın baş nazir olub-olmayacağı məsələsi mayın 1-də parlamentdə müzakirə ediləcək:

“Rusiya burada Ermənistanı konstitusion qaydalar daxilində hərəkət etməyə çağırır. Əslində Rusiya tələb edir ki, Sərkisyanın partiyasından birisi baş nazir seçilsin. Çünki parlamentar respublikada parlament baş nazirə və Nazirlər Kabinetinə etimad rəyi bildirməlidir. Bu da əsasən, parlamentdə 50%-dən çox səs toplayan partiyaya aid olur. Paşinyan özü Vətəndaş Müqaviləsi Partiyanın başında durur. Bu partiya isə parlamentdə çox cüzi (7,8%) səsə sahibdir”.

F.Mehdiyev qeyd edib ki, təzyiq nəticəsində Sərkisyanın partiyası Paşinyana etimad rəyi bildirə bilər:

“Yaxud çıxış vəziyyəti kimi ola bilsin ki, onlar Paşinyanın partiyası ilə bir koalisiya yaratsınlar. Əslində isə Sərkisyanın partiyası saxtakarlıqla bu qədər səs çoxluğu qazana bilib. Əgər saxtakarlıqla seçilməsəydi, Paşinyana qarşı Sərkisyanın tərəfdarları küçəyə çıxardı. Çünki parlamentdə çoxluğu Sərkisyanın partiyasının təşkil etdiyinin şahidi olmuşduq. Amma biz belə bir şey görmürük. Paşinyanın partiyası ilə Sərkisyanın partiyası arasında koalisiya yaransa belə, bu, qalıcı olmayacaq. Ona görə ki, hər zaman bu koalisiya çatlaya bilər, yaxud ümumiyyətlə Respublika Partiyası etimad rəyini parlamentə gətirə bilər və baş nazirə etimadsızlıq göstərdiyini deyə bilər. Bunun qalıcı həlli ondan ibarətdir ki, müəyyən sayda millət vəkili Sərkisyanın partiyasından Paşinyanın partiyasına keçsin. Bununla da Paşinyanın partiyası parlamentdə çoxluğu əlində saxlaya bilsin. Bütün bunlar olmasa, Paşinyanın parlamentə gətirilməsi müvəqqəti xarakter daşıyacaq. Biz deyə bilərik ki, Paşinyan böyük ehtimalla baş nazir təyin olunacaq. Amma onun təyini problemlərin qısamüddətli həllinə gətirib çıxaracaq”.

Politoloq erməni siyasi rəsmilərin davamlı olaraq Moskvaya səfərinə də münasibət bildirib:

“Moskvaya gedənlər Qarabağ klanının üzvləridir. Onlar bir şəkildə Rusiyanın dəstəyini alaraq, iqtidarda qalmaq niyyətindədirlər. Görünən isə odur ki, ruslar buna razılıq versə, öz qəti mövqeyini ortaya qoymalıdır. Bu da Ermənistan cəmiyyəti ilə rus ordusu arasında çaxnaşmaya gətirib çıxara bilər. Belə olan halda isə Rusiyanın Ermənistanda olan siyasi nüfuzu ciddi zərbə alar. Ruslar Paşinyanın Rusiya əleyhinə siyasət yürüdəcəyinə əmin olsalar, şübhəsiz, ona əngəl olarlar. Amma hər halda Paşinyan onları inandıra bilib ki, Rusiyaya qarşı siyasət yürütməyəcək”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri