25 Oktyabr 2020 15:36

Yeni hökumətin Qarabağ siyasəti: Güzəşt olacaqmı?

Ermənistanda yeni hakimiyyət dəyişikliyindən sonra Azərbaycan-Ermənistan arasında Qarabağ danışıqlarında irəliləyişin olacağı gözlənilir. Rusiya Xarici İşlər Nazirliyi də Azərbaycan-Ermənistan danışıqlarının bərpası barədə ümidli açıqlamalar verib. Belə ki, Rusiya hesab edir ki, Ermənistanda daxili vəziyyətin sabitləşməsindən sonra Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqlar bərpa olunacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öz mövqeyini dəfələrlə səsləndirib. Bildirib ki, bu, dinc siyasi danışıqlar və razılaşmalar məsələsidir. Bu məsələdə heç bir halda çətinliklər olmamalıdır. Çıxış yolu yalnız sülh danışıqları məcrasında olmalıdır.

Maraqlıdır, Ermənistanın yeni hakimiyyətindən konstruktivlik gözləməyə dəyərmi və mümkündürmü?

Siyasi şərhçi Fikrət Sadıxov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiyanın məsələni belə qiymətləndirməsi o demək deyil ki, bu tam reallığa uyğundur:

“Hələ biz bilmirik ki, bu nə ilə nəticələnəcək. Bütün açıqlamalara baxmayaraq Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlara getməyə məcburdur. Çünki əks halda, bunun hərbi variantı gündəmə çıxır. Əgər onlar istəyirlərsə, Azərbaycan tərəfindən bunu ala bilərlər. Ona görə ki, Azərbaycan torpaqları işğal altındadır və hər an torpaqlarını almağa hazırdır. Bunu dəfələrlə bəyan edir. Mən düşünmürəm ki, yeni bir hakimiyyət Ermənistanda seçiləndən sonra Dağlıq Qarabağla bağlı onlar danışıqlarda iştirak etsin, siyasi kursunu dəyişsin və yaxud tamamilə başqa istiqamətdə özünü aparsın. Ermənistan əgər təcrid vəziyyətində qalıbsa, bunun səbəbi var. Bu Türkiyə ilə bağlı sərhədlər, Azərbaycanla münaqişə vəziyyəti və heç bir layihədə iştirak etməməkdir. Əgər ermənilər sağlam düşüncəli siyasətçidirlərsə və bu vəziyyəti anlayırlarsa, onlar vəziyyətdən çıxış yolunu axtarmalıdırlar. Çıxış yolu isə Azərbaycanla kompromisə və güzəştə getməkdir. Ümidvaram ki, bu həqiqəti təkcə Azərbaycan deyil, ilk növbədə Ermənistan dərk etməlidirir”.    /cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri