25 Oktyabr 2020 12:49

Azərbaycanda narazılıq yaradan pensiya islahatı: Yeni nazir təqaüdçüləri razı salacaqmı?

Hazırda Azərbaycanda əhalinin böyük əksəriyyəti pensiya təminatından narazıdır. Bir insan əgər əmək qabiliyyətini itirmiş hesab olunursa, maddi təminatı o səviyyədə olmalıdır ki, o, ianə kimi pensiya almamalıdır, doğrudan da onun maddi təminatı ödənmiş olmalıdır.

Yeni dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olundu. Sözügedən dəyişikliklərə görə bundan sonra pensiyalar fərdi yığımların bazasında formalaşacaq. Ölkədə kütləvi işsizliyin müşahidə edilməsini, eləcə də işləyənlərin bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini, aldıqları məvacibin aşağı olduğunu nəzərə alsaq, onda yeni qanunla vətəndaşların əksəriyyəti təqaüd yaşı çatdıqdan sonra pensiya ala bilməyəcək. Bu halda onlara yalnız qocalıq müavinəti veriləcəyi gözlənilir ki, onun da hazırkı məbləği 55 manatdır.

ADR Hərəkatı ekspertlərinin qiymətləndirmələri göstərir ki, 110 manat məbləğində pensiya almaq üçün pensiya yaşlı vətəndaşın 25 il iş stajı və minimum 15 800 manat məbləğində pensiya kapitalı olmalıdır. Bu isə o deməkdir ki, hətta 25 il və ondan çox əmək stajına malik olan ölkə vətəndaşlarının bir qisminin fərdi sığorta hesablarında yığılan vəsait onlara ən yaxşı halda minimum məbləğdə, yəni 110 manat pensiya verilməsini təmin edə biləcək. Hətta hazırkı bazar qiymətlərinə adekvat hesablanmamasına baxmayaraq pensiyaçıların yaşayış minimumunun aylıq dəyərinin 2018-ci il üçün 144 manat müəyyənləşdirildiyi halda yeni qanunla pensiyaya çıxanlara ondan da az məbləğdə təqaüdün verilməsi dövlət tərəfindən əsaslı müdafiəyə ehtiyacı olan ahıl insanları taleyin hökmünə buraxmaq deməkdir.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda 2006-cı ildə başlayan pensiya islahatı tamam başqa bir layihə olub:

“İllər keçdikcə bu layihənin bəzi detalları sıradan çıxarıldı. 2017-ci ildə 2006-cı ildə qarşıya qoyulan layihəni tamamilə dəyişdirdi. Hazırda Azərbaycanda fəaliyyət göstərən pensiya qanunvericiliyi kifayət qədər ədalətsizdir. Mövcud qanunvericilikdə Azərbaycan əhalisinin nə rifahı, nə sosial durumu, nə də yaş həddi nəzərə alınıb. Ümumiyyətlə, hədəf odur ki, büdcəni pensiyaçılara ayrılan vəsaitlərdən azad etməkdir. Görünən odur ki, Azərbaycan hökumətinin son illər apardığı pensiya islahatları, qanunvericiliyə dəyişiklikləri yalnız büdcənin yükünün azaldılmasına xidmət edir. Tutaq ki, pensiyaçının 70-80 yaşı var, o, 2006-cı ilə qədər özünün əmək qabiliyyətli dövrünü işləyib. Həmin dövrə görə pensiyaçı kompensasiya almalıdır axı! Bunu isə başqa yerdən ödəmək mümkün deyil. Mənbə yalnız Azərbaycanın dövlət büdcəsi olmalıdır. Çünki 2006-cı ilə qədər fəaliyyət göstərən qanunvericiliyə görə ziyan məsələsi yox idi. Bu isə 2006-cı ildən ən azı 40-50 il sonra pensiyaya çıxan vətəndaşa şamil ediləcək. Hazırda əmək bazarındakı vəziyyət hamıya məlumdur. Bu gün işçilərin böyük əksəriyyəti qeyri-rəsmi əməkhaqqı alır. Əməkhaqqının çox cüzi bir hissəsini rəsmi təqdim edirlər, qalan hissəsini isə işçiyə paket şəklində verirlər. Bu gün Azərbaycanda əməkhaqqı rəmzi xarakter daşıdığına görə, pensiya yığımı da rəmzi xarakter daşıyır. Yalnız dövlət idarələrində bir qədər yüksəkdir. Məsələn, biznes qurumlarında əməkhaqqı tam ehtiva olunmur. Tutaq ki, 500 manat əməkhaqqının 200 manatı leqal formada göstərilir. Qeydiyyata alınmış bu məbləğdən vergi və Sosial Müdafiə Fonduna ödənişlər edirlər”.

“Azərbaycanın təqaüdçüsü, ahıl yaşına çatmış insanları dilənçi kökündə yaşayır”…

Yeni təyin olunmuş nazir Sahil Babayevdən sonra nələrin dəyişəcəyinə gəlincə, iqtisadçı bu təyinatın nəyinsə dəyişəcəyinə inanmadığını bildirib:

“Azərbaycanda indiyə qədər olan pensiya qanunvericiliyi sabiq nazir Səlim Müslümovun təklifləri əsasında formalaşmayıb. Azərbaycanın pensiya islahatlarında qəbul etdiyi layihə Şərqi və Qərbi Avropada uğur qazanıb. Amma bu layihəni ölkəyə gətirib yan-yörəsini qayçılayıb ki, bu, mülkiyyət işinə çevrilib. Bu, Səlim Müslümovun təşəbbüsü deyildi. Yeni nazir isə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində hər hansı bir təklif verə bilər. Amma bu təklifin qəbul məsələsi müşküldür. Bu bir komanda idarəsidir. Bütün istiqamətlərdə büdcənin yükünün azaldılması xətti götürülüb. Hesab edirəm ki, bu, zərərli bir tendensiyadır. Eyni zamanda, əhalinin sosial vəziyyətinin gərginləşməsinə gətirib çıxarda bilər. Həmçinin ölkə vətəndaşlarının gəlirlərinin azlamasına səbəb olan qabarıq meyildir. Qənaətimcə, Azərbaycan hökuməti 2006-cı ildə qəbul etdiyi pensiya strukturları layihəsini sona qədər aparmalıdır. Bütün məsələlər 2006-cı ildə qəbul olunan layihənin üzərinə qayıtmalıdır. Azərbaycanın təqaüdçüsü, ahıl yaşına çatmış insanları dilənçi kökündə yaşayır. Əgər bu insanlara yaxınlarının maddi dəstəyi olmasa, yaşaya bilməz. Təbii ki, söhbət dövlət məmuru kimi pensiyaya çıxmış insanlardan getmir. Pensiya yaşına çatmış şəxslərin böyük əksəriyyəti başqalarının köməyinə ehtiyac şəraitində yaşayır. Alınan təqaüd pensiyaçının 10 gün yaşamasını təmin etmir. Hökumət olaraq bu gün ahıl əhalini tək ona görə yaxşı saxlamalı deyil ki, onlar nə vaxtsa yaxşı əmək qabiliyyətinə malik olub, işləyib özləri üçün pensiya təminatı yaradıblar. Biz onları həm də ona görə yaxşı saxlamalıyıq ki, onlar gənc nəslin tərbiyəçisi, yolgöstərənidir. Buna görə də hesab edirəm ki, yaş senzini aşağı salmaq lazımdır. Bunun üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Cəmiyyətdə hamı görür ki, bu gün təqaüdçülər hansı şəraitdə yaşayır. Əgər bu istiqamətdə islahatlar aparılmasa, təminat yaxşılaşdırılmasa, bizim ahıl dilənçilərimizin sayı aşırı dərəcədə artacaq. Bu, həm də xalqımız üçün ayıbdır. Xaricdən gələn qonaqlar görür ki, küçələrdə ahıl insanlarımız dilənir. Amma halbuki Avropada, böyük neft ölkələrində yaşayan pensiyaçılar harada istirahət etmək barədə düşünürlər. Çünki onların başqa problemi yoxdur. Amma Azərbaycanın pensiyaçıları yalnız qarınlarını necə doydurmaq barədə fikirlərşir”.   /cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri