29 Oktyabr 2020 17:32

“Azərsu”dan FHN generalının iddiasına etiraz: “Heç bir su qıtlığından söhbət gedə bilməz”

Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada təxminən üç saatdan artıq davam edən yanğınla bağlı fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin günaorta saatlarında verdiyi açıqlama ola bilsin iki dövlət qurumu arasında qalmaqala səbəb olsun. Belə ki, nazir müavini yanğının gec söndürülməsini su qıtlığı ilə əlaqələndirib:
“Yanğının söndürülməsi ona görə 3 saat çəkib ki, ərazidə su qıtlığı olub. Həm də hazırda yollarda tıxac var və bu da yanğınsöndürən maşınların hadisə yerinə vaxtında cəlb edilməsində çətinlik yaradıb”. 
Onun sözlərinə görə, yanğına 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb olunub.
Amma “Azərsu” ASC FHN generalının bu ittihamı ilə razılaşmır və yanğın baş verən ərazidə kifayət qədər yüksək təzyiqli su ehtiyatı olduğu bildirilir. 
Turkustan.info bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Moderator.az-a açıqlamasında nazir müavinin iddiasına münasibət bildirib:
“”Trump Tower” yerləşdiyi ərazidəki magistral və şəbəkə xətlərində dam 24 saat fasiləsiz su var. Yanğın zamanı Nəsimi Su Kanal İdarəsinin rəhbərliyi hadisə yerində, yanğınla əlaqədar yaradılmış qərargahda olublar. Amma onlara su olmaması ilə bağlı heç nə deməyiblər.. Bildirirmək istəyirəm ki, həmin ərazidə Azərsu şəbəkələrində normal təzyiqdə (3 atmosferdən artıq) su verilib. Hətta Tramp Tauerin işçilərinə icazə verilib ki, əgər smart kartlarında su qurtarsa belə xətti birbaşa qoşub anbarlarını su ilə doldursunlar ki, yanğının qarşısı maksimum tez alınsın. Yangın başlayan vaxtı Tramp Tovern ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. Çox güman ki, əraziyə çoxu sayda yanğınsönüdürən maşın cəlb edildiyindən, onların hamsını eyni vaxtda su götürə bilməyib. Yeri gəlmişkən Azərsu ASC-nin əməkdaşları bu dəqiqə hadisə yerindədəirlər və onların mənə verdiyi məlumata görə heç bir su qıtlığından söhbət gedə bilməz”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri