29 Oktyabr 2020 00:48

Eldar Həsənov: “Azərbaycan bu dəyərlərə hər zaman sadiq olub”

Aprelin 26-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın birbaşa təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, onun zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyev, Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov, Belqrad Universitetinin rektoru, doktor Vladimir Bumbaşireviç, filologiya fakültəsinin dekanı Lyilyana Markoviç, Serbiya Parlamentində Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç, deputatlar Miliya Miletiç və Marko Parezanoviç, Serbiya Respublikası Xarici İşlər Nazirinin müavini Tamara Rastovaç Simaşvili, habelə Serbiyanın dövlət, hökumət qurumlarının, diplomatik korpusun, elmi, akademik dairələrin və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviç çıxışında Mərkəzin yaradılmasının ölkələrimiz arasında təşəkkül tapmış yüksək mədəni və humanitar əlaqələrin təzahürü olduğunu bildirib. O, Azərbaycanın Serbiyada həyata keçirdiyi bir çox humanitar layihələri yüksək qiymətləndirərək, bunun ölkəsi tərəfindən təşəkkürlə qarşılandığını qeyd edib, xalqlarımızın mədəniyyətlərinin oxşar olduğunu, Universitetdə təhsil alan tələbələrin Azərbaycan mədəniyyətinə yüksək maraq göstərdiyini və Mərkəzin xalqlarımızın mədəniyyətini birləşdirəcək yeni bir körpü olacağını məmnunluqla vurğulayıb. O, eyni zamanda, may ayında Azərbaycan Dilləri Universitetində də Serb Dili və Mədəniyyəti Mərkəzinin yaradılacağından məmnunluğunu ifadə edərək, Azərbaycan-Serbiya əlaqələrinin örnək hesab edildiyini deyib.

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev öz çıxışında Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılış mərasimi ilə bağlı bu təşəbbüsün təşkilatçılarına, həyata keçirənlərə, tədbir iştirakçılarına ünvanlanan təbrik və təşəkkürü əks olunmuş müraciətini diqqətə çatdırıb. O, Mərkəzin fəaliyyəti nəticəsində ölkələrimiz arasında mədəni münasibətlərin daha da genişlənəcəyinə, habelə Azərbaycanın zəngin mədəniyyətinin təbliği və tanıdılmasında mühüm rol oynayacağına əminliyini bildirib. Ə.Abullayev Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda multikulturalizm ənənələrinin, tolerantlığın təşəkkül tapması və etnik azlıqlar arasında qarşılıqlı anlaşmanın təşviq edilməsindən danışıb.

Filologiya fakültəsinin dekanı Lyilyana Markoviç Mərkəzin məhz Belqrad Universitetində yaradılmasının sevindirici hal olduğunu, onun ölkələrimizin elmi və akademik sahələrdə əməkdaşlığı üçün tarixi bir hadisə kimi yadda qaldığını və Universitetə dəyərli bir hədiyyə olduğunu bildirib, Mərkəzi Universitetin tələbələrinin və bütün Serbiyanın Cənubi Qafqaz və türk mədəniyyəti ilə əyani tanışlığı üçün fürsət kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Serbiyadakı səfiri Eldar Həsənov Azərbaycanla Serbiya arasındakı münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə də fəal əməkdaşlığın mövcud olduğunu bildirib, Azərbaycan və serb xalqlarının yaxınlaşmasının, onlar arasında səmimi, dostluq əlaqələrin günü-gündən yüksəldiyini qeyd edib. E.Həsənov müstəqil Azərbaycanın tolerantlıq və dini dözümlülüyə sadiq, zəngin tarixi və mədəni sərvətlərə sahib olmaqla eyni zamanda, müasir dəyərləri özündə birləşdirən bir ölkə olduğunu vurğulayıb. Məhz bu dəyərlərin dost Serbiyada və Qərbi Balkanlarda təbliği və tanıdılması baxımından Belqrad Universitetində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirən səfir Mərkəzin xalqlarımızın sahib olduğu ortaq dəyərlərin və mədəniyyətin qarşılıqlı şəkildə tanıdılması istiqamətində səmərəli və məhsuldar fəaliyyət göstərəcəyinə əmin olduğunu söyləyib. O, tədbir çərçivəsində Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanacaq əməkdaşlıq haqqında sazişin ölkələrimizin təhsil və elm sahəsindəki əlaqələrinin daha da genişləndirilməsinə xidmət edəcəyini, qarşılıqlı tələbə və təcrübə mübadiləsini zənginləşdirəcəyini bildirib.

Mərkəzin rəhbəri Lalə Məcidova çıxış edərək, Mərkəzin yaradılmasında göstərdikləri dəstəyə görə hər iki Universitetin rəhbərliyinə və Azərbaycanın Serbiyadakı səfirliyinə təşəkkürünü bildirib. O, Mərkəzin yaradılması istiqamətində görülmüş işlərdən bəhs edib, onun serb tələbələrinə Azərbaycan dili və xalqımızın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı verəcəyinə ümidvar olduğunu söyləyib.

Daha sonra Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Tədbir “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda Azərbaycan Dillər Universitetində keçirilmiş beynəlxalq elmi konfransın bölmə iclası ilə davam edib.

İclasda çıxış edən Serbiya Parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç hazırda yeni texnologiya və ixtiraların baş verdiyi dünyamızda xalqların, insanların rahat və sülhdə yaşaması, anlaşması üçün multikulturalizmin və dözümlülüyün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Serbiyada dözümlülük və multikulturalizmin dahi serb alimi Nikola Teslanın nəzəriyyələrində əks olunduğunu, Azərbaycanda isə Ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində təşəkkül tapdığını və daha da inkişaf etdiyini söyləyib, Serbiya və Azərbaycanda müxtəlif etnik azlıqların yaşadıqlarını, onların adətlərinə hər zaman dözümlülük nümayiş etdirildiyini və hörmətlə yanaşıldığını xüsusi qeyd edib.

Belqrad Universitetinin professoru, şərqşünas alim Ema Milkoviç əhalinin böyük hissəsinin azərbaycanlılardan ibarət olduğu Azərbaycanda eyni zamanda, müxtəlif dinlərə etiqad edən, digər dillərdə danışan etnik azlıqların yaşadığını, onların hüquqlarının hər zaman dövlət tərəfindən təmin olunduğunu, bunun ölkə Konstitusiyasında təsbit edildiyini, azlıqların heç bir diskriminasiya ilə üzləşmədiklərini və bunun bir çox dövlətlərə nümunə olduğunu deyib.

Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev öz orijinallığı ilə seçilən serb və Azərbaycan ədəbiyyatları arasında tarixə söykənən böyük mənəvi bağlılığın olduğunu, ədəbiyyat nümunələrinin qarşılıqlı olaraq müxtəlif dillərə tərcümə edilərək dünya oxucularının diqqətini çatdırıldığını bildirib. O, hər iki xalqın yazarlarının əsərləri arasında paralellər apararaq, orada multikulturalizm, humanizm və ədalət ideyalarının, xalqların sülh şəraitində birgə yaşayışının əks olunduğunu vurğulayıb.

Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru, əməkdar jurnalist Əlövsət Ağalarov Azərbaycan dövlətinin dəstəyi ilə yaradılmış Mərkəzin xalqlarımızın daha da yaxınlaşmasında, onlar arasındakı mədəni bağlılığın möhkəmlənməsində əhəmiyyətini önə çəkib. O, həmçinin, Azərbaycanla Serbiya arasında münasibətlərin bir çox sahələrdə inkişafından, çoxəsrlik tarixə malik mədəniyyətindən və adət ənənələrindən söz açıb.

Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə öz çıxışında 30 ildən artıqdır, Serbiyada yaşadığını, ölkələrimizin bir çox sahələrdə fəal əməkdaşlıq etdiyini, mədəni və humanitar sahədə bir çox nailiyyətlərin əldə olunduğunu bildirib. O, yaradılmış Mərkəzin xalqların qarşılıqlı olaraq bir-birinin mədəniyyəti ilə tanış olmaq və ondan faydalanmaq üçün əyani fürsət olduğunu deyib, Azərbaycan və serb yazıçılarının 17-dən çox əsərinin hər iki dilə tərcümə edildiyini, bu sahədə səfirliyin fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın serb dilinə tərcümə olunmuş “Deyəsən, Platon xəstələnib” hekayələr toplusu kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edənlər-sənətşünas, professor Flip Feti Dautoviç, şairə Miliça Liliç, tanınmış serb yazıçısı, “Xəzər lüğəti” kitabının müəllifi Milorad Paviçin həyat yoldaşı, yazıçı Yasmina Mihayloviç qeyd ediblər ki, kitabdakı hekayələr toplusunda bütün hadisələrin miflə bir növ dialoqa girməklə, paralel dünya modelini yaratdığını, bədii fəlsəfi dəyərlərin isə bir-birini tamamladığını qeyd ediblər.

Müəllifin bölmələr vasitəsilə oxucunu yeni bir yanaşma, yeni bir dünya ilə tanış etməklə, paralel dünyalar arasında qırılmaz əlaqənin mövcudluğuna inandıra bildiyini vurğulayıblar. Bildirilib ki, yunan mifologiyasının təsiri altında qələmə alınmış bu hekayələr toplusundakı əfsanələşmiş qəhrəmanlarla müasir dövrün insanları arasında sıx bağlanmış münasibətlər məhz Kamal Abdullanın mədəni və dini kimliyini, daxili aləmini anlamaqda bizə köməklik edəcək.

Tədbirin sonunda Belqrad Universiteti tərəfindən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya, prorektor Əfqan Abdullayevə, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənova, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadəyə və Mərkəzin yaradılmasında əməyi olmuş digər şəxslərə təşəkkür diplomları təqdim edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin Belqraddakı “Taşmaydan parkı”nda ucaldılmış abidəsini, görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunmuş “Biz sadəcə uşaqlar idik” abidəsini, Novı Sad şəhərində Dunay çayı sahilindəki dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünü ziyarət ediblər.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri