21 Oktyabr 2020 05:52

Putin Paşinyanı siləcək, yoxsa seçəcək? – Kremlin şərti

Ermənistanda mayın 1-də keçiriləcək baş nazir seçkiləri ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

– Rus deputatların Ermənistana səfər etməsində əsas məqsəd nədir?

– Rusiya deputatlarının Ermənistana səfəri və keçirdikləri görüşlər real siyasi vəziyyətin öyrənilməsi və Ermənistanın Rusiyadan başqa seçiminin olmadığı barədə xəbərdarlıq edilməsi məqsədi daşıyır. Bu məqamlar mətbuata sızan informasiyalardan da hiss olunur.

Moskva Ermənistanda vəziyyətin nəzarətə götürülməsi ilə bağlı düyməyə basıb. Bu, Putinlə Karapetyan arasında baş tutan telefon danışığında və Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasında da nəzərə çarpır. Putinlə Karapetyanın telefon danışığı barədə Rusiya prezidentinin rəsmi saytında yayılan məlumatda deyilir: “Danışıq zamanı qeyd olundu ki, Ermənistandakı böhran vəziyyəti istisnasız olaraq hüquqi müstəvidə, qüvvədə olan Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilən legitim parlament seçkilərinin nəticələrinə əsasən həll olunmalıdır. Bu kontekstdə mayın 1-də parlament tərəfindən baş nazirin seçilməsinin vacibliyi də vurğulandı”.

Göründüyü kimi, Rusiya prezidentinin rəsmi saytında yayımlanan açıqlamada Moskvanın şərtləri açıq şəkildə ifadə olunur. Bu isə o deməkdir ki, Rusiya yalnız 2017-ci ilin aprelində keçirilən seçkilərin nəticələrini tanıyır. Kreml Ermənistanda etirazların davam etməsinin tamamilə əleyhinədir və mayın 1-də baş nazirin seçilməsi məsələsi Moskva üçün prioritet təşkil edir. Bu isə Putinin Karen Karapetyanın, yaxud Moskvanın maraqlarını təmin edən Kremllə razılaşdırılmış digər bir şəxsin namizədliyini dəstəkləməsi deməkdir.

– Rusiya niyə əvvəldən Ermənistandakı hadisələrə müdaxilə etmədi?

– Xatırlayırsınızsa, Sərkisyanın istefasından əvvəl keçirilən etiraz aksiyaları zamanı rəsmi Moskva bunu Ermənistanın daxili işi kimi qiymətləndirirdi. Bununla bağlı mesajlar Rusiya hakimiyyətinin sözçüləri Dmitri Peskov və Mariya Zaxarova tərəfindən Ermənistan ictimaiyyətinə çatdırılırdı. Həmin açıqlamalarla rəsmi Moskvanın bugünkü mövqeyini müqayisə etsək, belə anlaşılır ki, Rusiya Sərkisyanın istefaya gedişində maraqlı olub. Yəni Qarabağ kartı üzərində hakimiyyətini qoruyub saxlamağa çalışan, hətta Moskvanı Avropa İttifaqı ilə münasibətlərin inkişafı müstəvisində şantaj edə biləcək qədər irəli gedən Serj Sərkisyanın texnokrat Karen Karapetyanla əvəz olunmasının tərəfdarı olub. Lakin Nikol Paşinyanın gözlənildiyindən daha çox irəli getməsi və Karen Karapetyan da daxil olmaqla, bütövlükdə Respublika Partiyasının namizədinin baş nazir kürsüsünə yiyələnməsinin mümkünsüzlüyünü şərt kimi irəli sürməsi Moskvanın daha açıq reaksiya verməsinə gətirib çıxardı. Bu məqam Dmitri Peskovun son bəyanatında da özünü büruzə verir. Peskov deyir ki, Rusiya mayın 1-də Ermənistanda baş nazirin seçilməsini gözləyir və bu prosesi diqqətlə izləyir. Bu, kifayət qədər açıq şərt və mesajdır. Bütün bunlardan sonra çox güman ki, Kremlin Ermənistandakı bütün nüfuz müvəkkilləri hərəkətə gələcəklər.

– Rəsmi Moskva hadisələrin gedişinə uyğun Paşinyanla bağlı mövqeyini dəyişə bilərmi?

– Kreml hətta Paşinyanı seçmək məcburiyyətində qalsa da, bu, şərtlər çərçivəsində baş verəcək. Əks təqdirdə biz Ermənistanda prosesin qarşıdurma halına keçə biləcəyini müşahidə edəcəyik. Bu halda aksiyalar zamanı insan tələfatına səbəb olan bir neçə təxribat törədilə və təbii ki, “vətəndaşların təhlükəsizliyinin qorunması” adı altında hərbi müdaxilə baş verə bilər. Hazırda Ermənistanın hərbi komandanlığı da, təhlükəsizlik qüvvələri də Moskvadan veriləcək əmri gözləyirlər. Əgər Paşinyan Rusiyanın şərtləri altında baş nazir olmağa razılıq verərsə, o zaman növbədənkənar seçkilərə qədər onun ictimai dəstəkdən məhrum olması üçün bütün mümkün tədbirlər həyata keçiriləcək. Bu isə onun bir siyasətçi kimi məhvi deməkdir. Paşinyanın hakim komandadan olan hər hansı bir şəxsin namizədliyi ilə razılaşa biləcəyi də mümkün deyil. Çünki o, respublikaçılarla bağlı şərtlərini çox sərt və imperativ şəkildə irəli sürüb. Manevr üçün yer qoymayıb.

Üçüncü bir yol da var – Çarukyan Blokunun təmsilçisinin baş nazir olması. Bu halda isə növbədənkənar seçkilərədək etiraz elektoratını idarə edən qüvvələrin mümkün qədər neytrallaşdırılması üçün Moskva vaxt qazanacaq.

Qeyd: Bu müsahibə alınandan sonra ötən gün gecə saatlarında Respublika Partiyası 1 mayda baş nazir seçkisinə namizəd təqdim etməyəcəyini açıqladı. Çarukyan Bloku “xalqın namizədinə” səs verəcəyini, Daşnaksütyun isə Paşinyanı dəstəkləyəcəyini bildirdi.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri