21 Oktyabr 2020 19:16

Saakaşvili hərəkətə keçdi: Tiflisə dönüş

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Amsterdamda bir neçə müxalifət partiyasının liderlərini mövcud hökuməti dəyişdirmək üçün tədbirləri birləşdirmək və koordinasiya etmək məqsədi ilə bir yerə toplamaqla siyasi aktivlik nümayiş etdirib.

Turkustan.info xəbər verir ki, görüşün görüntülərini yayımlayan Gürcüstanın Rustavi-2 telekanalı Saakaşvili ilə müxalifət liderləri arasında bir sıra məsələlərdə prinsipial razılaşmaların əldə olunduğunu bildirib.

“Biz 3 əsas prinsip barəsində razılıq əldə etdik. Bunlar ilk növbədə bir-birimizə qarşı hücum etməmək, İvanişvilinin oliqarx rejiminə qarşı hər kəsin birləşməsi və oktyabr ayında keçiriləcək prezident seçkilərinin saxtalaşdırılmasına əngəl olmaq üçün vahid siyasi gücün yaradılmasıdır. Bizim görüşümüz yəqin ki, Gürcüstanda İvanişvilinin oliqarx rejiminə son qoyacaq böyük hərəkatın başlanğıcı olacaqdır”, – “Gürcüstan üçün yeni birlik” ictimai hərəkatının rəhbəri Mamuka Qamkrelidze deyib.

Görüş zamanı Mixail Saakaşvili Gürcüstanı oliqarx İvanişvili rejimindən qurtarmaqdan başqa ambisiyasının olmadığını bildirib.

“Bu gün Gürcüstan idarə edilmir, Gürcüstan xalqını qula çevirmək istəyən xüsusi bir oliqarx onun sahibidir. Bu gün Gürcüstanın bizim dəstəyimizə ehtiyacı var”, – Saakaşvili deyib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri