20 Oktyabr 2020 07:43

Erməni iqtidarı niyə geri çəkildi? – İrəvanda baş verənlərin PƏRDƏARXASI MƏQAMLARI

Ermənistanda “məxməri inqilab”ın lideri Nikol Paşinyanın  baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.

Parlamentdə təmsil olunan “Yelk”, “Tsarukyan” və “Daşnaksütyun” fraksiyaları Nikol Paşinyanın hökumət başçısı postuna vahid namizəd olması barədə təklifi dəstəkləyib.  Hakim Ermənistan Respublika Partiyası isə Serj Sarkisyanın yerinə öz namizədini təqdim etməyib. Ermənistan Milli Məclisinin mayın 1-də keçiriləcək iclasında N.Paşinyanın xalqın namizədi kimi baş nazir seçiləcəyi gözlənilir.

Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, Ermənistan konstitusiyasına görə,  baş nazir seçilmək üçün 105 deputatdan 53 nəfərinin səsi namizədin lehinə səs verməlidir. “Tsarukyan” (31 deputat), “Yelk” (9 deputat), “Daşnaksütyun” (7 deputat) fraksiyalarının ümumilikdə 47 nəfəri Paşinyana səs verməyə razılığını bildirib. Hakim Respublika Partiyası isə kvorumun pozulmasına yol verməyəcəyini bəyan edib. Baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan seçkidə N.Paşinyana rəqib olmaqdan imtina etdiyinə görə “Respublika” fraksiyanın bir qrup üzvünün Paşinyana səs verəcəyi  barədə kompromisin əldə olunduğu istisna edilmir. Ermənistan prezidenti  Armen Sarksiyan da son günlər hər iki siyasi düşərgə ilə apardığı danışıqlarda tərəfləri baş nazir məsələsində  ortaq mövqeyə gətirməyə cəhd edib. 

Rusiya isə N.Paşinyanın baş nazir seçilməsinə müqavimət göstərir. Moskva öncə  Karen Karapetyanın  Serj Sarkisyanın siyasi sələfinə çevrilməsinə çalışsa da bu plan baş tutmadı. Karen Karapetyanın baş nazirliyə iddiasından son mərhələdə imtina etməsi Moskvanı sonradan oliqarx-deputat,  “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Tsarukyanın üzərində dayanmağa vadar etdi. Lakin Q.Tsarukyan bu təklifdən imtina edərək N.Paşinyanı dəstəkləməyə üstünlük verdi.  Bununla da ilk növbədə, Q.Tsarukyanın bu qərarı  Ermənistan parlamentindəki ikinci çoxluğa malik siyasi mövqeyini qoruyub saxlamaq cəhdi kimi başa düşülə bilər. Paşinyanın baş nazir olduğu hökumətdə onun siyasi koalisiyaya gedəcəyi də istisna edilmir. Əks  təqdirdə, Qagik Tsarukyanın baş nazirliyə iddia etməsi onun ziyanına işləyə bilərdi.

Birincisi, Tsarukyan özünü və fraksiyasını parlamentə hücum edə biləcək qəzəbli kütlənin hədəfinə çevirmiş olardı. İkincisi, Tsarukyan blokunun parçalanması baş verə bilər ki, bu da onun Paşinyanın qarşısında siyasi mövqelərinin zəifləməsinə səbəb ola bilər. Söhbət ilk növbədə, Naira Zöhrabyan başda olmaqla Tsarukyan blokunun bir qrup deputatının Nikol Paşinyanın tərəfinə keçməsindən gedir.  

Rusiya isə heç vəchlə Paşinyanın baş nazir olmasını qəbul etmək istəmir. Görünür, Moskva “məxməri inqilab”ın liderinin hökumət başına gəlməsini özünün Ermənistandakı strateji maraqları üçün  təhlükə hesab edir. Əgər N.Paşinyan Rusiyanın  Ermənistandakı və bölgədəki maraqlarını S.Sarksiyanın hakimiyyəti dövründə olduğu kimi təmin etməkdə davam etsəydi Kreml  “xalqın  namizədi” ilə işləmək niyyətini nümayiş etdirərdi. Ancaq N.Paşinyanın simasında Cənubi Qafqazda  “ikinci Saakaşvili”nin iqtidara gəlməsini istəmir. Rusiyanın bu mövqeyi  ya inqilabi prosesin Qərbdən dəstəklənməsi, ya da  N.Paşinyanın Qərbyönlü siyasi baxışlara malik olması barədə informasiyalarla bağlıdır. Əks təqdirdə,  Rusiya-Ermənistan parlamentlərarası əməkdaşlıq qrupunun həmsədri Nikolay Rıjkov əsəbi şəkildə “Bu bir Maydan hərəkatıdır”-deməzdi.  Artıq ABŞ Dövlət Departamenti yeni hökumətlə işləməyə hazır olduğu barədə rəsmi açıqlama verməklə Paşinyana öz dəstək mesajını çatdırıb.  Ermənistanda Rusiya ilə Qərbin qarşıdurması getdikcə daha açıq müstəviyə keçir. Lakin siyasi müşahidəçilər Rusiyanın öz mövqelərini qoruyub saxlamaq üçün Paşinyana təzyiqləri davam etdirəcəyini proqnozlaşdırır. Əgər yeni baş nazir Rusiyanın strateji maraqlarına toxuna biləcək addımlar atmasa, Kremllə münasibətlərdə yaranmış gərginliyi aradan qaldıra bilər.

Bunlar Rusiyanın Gümrüdəki 102 saylı  hərbi bazasının Ermənistanda saxlanılması, quru sərhədlərinin və hava məkanının birgə müdafiəsi, birgə qoşun birləşmələrinin yaradılması, silah alqısatqısı və digər hərbi müqavilələrə əməl edilməsi,  Dağlıq Qarabağ probleminin həllinə münasibətdə mövcud status-kvonun saxlanılması,  Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyində üzvlüyünün davam etdirilməsi,  Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını təmin edən müqavilələrin  qüvvədə saxlanılması (sənaye müəssisəslərinin səhmlərinin Rusiyaya satılmasına dair sazişlər, təbii qaz və elektrik enerjisi idxalı) Metsamor Atom Elektik Stansiyasının bağlanılması dair Avropa Birliyi  və ABŞ tərəfindən irəli sürülən təkliflərdən imtina olunması və s. özündə ehtiva edir.

Lakin N.Paşinyan Qərbyönümlü siyasi baxışları ilə tanınır. Ötən il onun liderlik etdiyi “Yelk” (Çıxış) fraksiyasi Ermənsitanın Avrasiya İqtisadi Birliyindən çıxması məsələsini  parlamentin müzakirəsinə çıxartmışdı. Həmin vaxt parlamentdə səs çoxluğu Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının əlində olduğundan sözügedən təklif qəbul olunmadı. İndi isə tamam fərqli siyasi situasiya yaranıb. Paşinyanın hökumət başına gəlməsindən sonra növbədənkənar parlament seçkilərinin təyin ediləcəyi gözlənilir. Yeni parlamentdə hakimiyyətdən düşən Respublika Partiyasının təmsil  olunmayacağına dair ehtimallar üstünlük təşkil edir. Bu halda Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması təklifi yenidən gündəliyə salınarsa, Rusiyanın geostrateji maraqlarına zidd qərar qəbul oluna bilər.      

Ona görə də Rusiya “problemin 2017-ci ilin parlament seçkilərinin nəticələrinə uyğun  həlli”ni təklif etməklə baş nazirin Respublika Partiyasından seçilməsini və “Qarabağ  klanı”nın hakimiyyətdə qalmasını təmin etməyə çalışır. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın son günlər siyasi cəhətdən fəallaşması da  bununla izah oluna bilər. Yəni  Paşinyan hökuməti Rusiya ilə qeyd edilən məsələlərdə fərqli mövqe nümayiş etdirəcəyi halda, Moskva inqilab liderini hakimiyyətdən salmaq üçün əlavə təsir imkanlarını işə salmağa çalışacaq. Ekspertlərin fikrincə, Rusiya Ermənistana satdığı təbii  qazın qiymətini artırmaqla ölkədə hökumətə qarşı sosial narazılığın baş qaldırmasına çalışa bilər. 

Politoloq Elşən Manafovun sözlərinə görə, parlamentdə qüvvələr nisbəti  Nikol Paşinyanın xeyrinə dəyişib. Buna baxmayaraq, səs çoxluğuna malik Respublika Partiyasının siyasi dəstəyi olmadan  Paşinyanın baş nazir seçilməsi nonsens ola bilər: “Proseslər Rusiyanın diqqət mərkəzindədir. Çünki Rusiyanın Cənubi Qafqazdakı maraqları anlaşılandır. Ermənistan həm  siyasi, həm hərbi, eləcə də iqtisadi baxımdan Rusiyadan asılı olan bir ölkədir. Rusiyadan asılı olduğu bir şəraitdə rəsmi Moskvanın proseslərə hələlik qanunvericilik çərçivəsində münasibəti bir sıra ciddi suallar doğurur. Bunlardan biri Paşinyanın Qərbyönlü siyasətçi təsiri bağışlaması ilə bağlıdır. Çıxışlarının əvvəlində Paşinyan  baş nazir olacağı təqdirdə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyindən çıxacağı ilə bağlı bəyanatlar səsləndirirdi. Amma prezident Putinin məlum açıqlamalarından və telefon danışığından sonra Paşinyanın mövqeyində bir qədər liberallaşma hiss olunur.  Paşinyan bəyan edib ki, onun  baş nazirliyi dövründə Rusiyaya münasibətdə Ermənistanın xarici siyasətində kardinal dəyişiklik baş verməyəcək.

Güman edirəm ki, Paşinyan istəsə belə, bu dəyişiklikləri həyata keçirmək qeyri-mümkündür. Ermənistan coğrafi baxımdan Qərbdən çox uzaqda olan dövlətdir və Rusiyanın yaxınlığındadır. Ermənistanın birmənalı şəkildə Qərbə inteqrasiya olunması  və Qərblə daha sıx əlaqələr qurmaq istəyi yaxın perspektivdə ciddi nəticələr verməyəcək.  Bunu Paşinyan da ona dəstək verənlər də anlayır. Bundan başqa, sorğular göstərir ki, Ermənistan əhalisinin 80 faizindən çoxu Rusiya ilə münasibətlərdə gərginliyin tərəfdarı deyil. Rusiya tarixən Ermənistanın müttəfiqi olub. Üstəlik, Rusiyanın Gümrüdəki hərbi bazaları amilini də yadda çıxartmaq lazım deyil. Rusiya hərbi bazalara ətrafında süni şəkildə qalmaqal yaradaraq hadisələrin başqa istiqamətdə getməsini təmin etməklə Ermənistanda qan tökə bilər.

Ona görə də Ermənistandakı inqilabi prosesə Ukraynada olduğu qədər  dəstək görmürük. ABŞ Yanukoviçin hakimiyyətdən kənarlaşdırılması üçün 15 milyard dollar yaxın vəsait xərcləmişdi. Amma Ermənistanda bunu müşahidə etmirik. Bu dəstək olsa da çox cüzi məbləğdədir. Paşinyanın inzibati resursu yox idi, maliyyə ehtiyatları da çox az idi. Maraqlı məqam ondan ibarətdir ki, parlamentdə Tsarukyanın rəhbərlik etdiyi ikinci fraksiya da Paşinyanı dəstəklədiyini bəyan edib. Digər maraqlı məqam Karen Karapetyanın qardaşı Samvel Karapetyan  da Rusiya hakimiyyətinə yaxın  iş adamıdır, milyarderdir. Karapetyanın belə ehtiyatlı mövqe sərgiləməsi  göstərir ki, Rusiya Paşinyanın baş nazir olmasına əngəl törətməyəcək. Hələlik Paşinyanın açıqlamalarında da Rusiyadan uzaqlaşacağına dair kəskin bəyanatlar müşahidə etmirik.  Paşinyan istəsə də belə bu addımı ata bilməyəcək. Güman edirəm ki, Paşinyan  baş nazir seçildikdən sonra diqqəti Ermənistanın daxili sosial problemlərinin həllinə yönəltməlidir.

Ölkədə qarşıdurmaları gücləndirən amillər də maaşların və pensiyaların verilməsidir,   əhalinin ağır maddi durumudur. Onu da unutmaq lazım deyil ki, Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə həm də klanların savaşıdır. Paşinyan  Qarabağ klanının təmsilçisi deyil. O, eks-prezident Levon Ter-Petrosyanla bağlı adamdır. Ter-Petrosyan zamanında Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlmişdi və Dağlıq Qarabağ problemini mərhələli şəkildə həll etmək cəhdinin nə ilə nəticələndiyini də xatırlayırıq. Nəticədə Rusiyaya yaxın qüvvələr Ter-Petrosyanın istefaya göndərdilər. Yəni Paşinyanın arxasında ciddi maliyyə və inzibati resursu yoxdur. Yəni Paşinyan onun üçün cızılmış ssenaridən kənara çıxa bilməyəcək”. 
Politoloq hesab edir ki, Ermənistanın Qərblə yaxınlaşması Paşinyanın özünə qarşı inqilaba çevrilə bilə: “Ermənistandakı siyasi elitanın daxilində təlatümləri doğuran səbəb bu ölkənin ətrafında geopolitik məngənənin sıxılması oldu. Ermənistan bir tərəfdən Azərbaycanın və Türkiyənin əhatəsindədir. Müttəfiqi olan İran  da Türkiyə və Rusiya ilə yaxınlaşdı. Bu baxımdan, Ermənistanda Paşinyan kimilərinə elə gəldi ki, yeganə çıxış yolu Qərb istiqamətində addımların atılmasıdır. Paşinyan özü də başa düşür ki, onun bu istiqamətdə atacağı ilk addımlar Ermənistanda dövlət çevrilişinə gətirib çıxaracaq”. 

Qeyd edək ki, Samvel Karapetyanın rəhbərlik etdiyi “Taşir” şirkətlər qrupu Ermənistan iqtisadiyyatını inhisarda saxlayan əsas qurumlardan biridir.  Buna baxmayaraq, Karen Karapetyanın  geri çəkilməsini ekspert hər iki qardaşın öz sərvətini qorumaq cəhdi ilə izah edir: “Karapetyan qardaşları öz varidatını Rusiyada qazanıb. Ancaq hər iki milyarderin Qərb banklarında külli miqdarda vəsaiti var. Düşünürəm ki, Qərbin xüsusi xidmət orqanları onlara təzyiq göstərərək bildiriblər ki, əgər Paşinyana dəstək verməsələr  onların Qərb banklarında olan hesabları dondurula bilər. Əks halda Rusiyanın hadisələrə susqun və loyal münasibəti suallar doğurur. Görünür, Suriya ətrafında vəziyyətin gərginləşdiyi bir vaxtda Ermənistanda ciddi addımlar atmaq fikrində deyil. Ona görə Rusiya hadisələrin hansı istiqamətdə gedəcəyini izləyəcək”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri