Şb. Noy 16th, 2019

“Mən ingilis dilini sevirəm” adlı tədbir keçirilib

Aprelin 27-də Nizami rayonu 210-saylı məktəbdə 7-ci sinif şagirdləri tərəfindən möhtəşəm tədbir keçirilib. “Mən ingilis dilini sevirəm” adlanan tədbir rəngarəng süjetlərlə yadda qalib. “Romeo və Julyeta”, “Arşın mal alan” teatr səhnələrinin nümayiş etdirilidiyi tədbir yüksək səviyyədə keçirilib. Səhnələr tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb. Tədbirdə həmçinin Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin rəhbərliyi və valideyinləri işitrak ediblər. Sonda tədbirin təşkilatçısı, eyni zamanda məktəbin ingilis dili müəlliməsi Nuriyə Əliyeva iştirakçılara öz minnətdarlığını bildirib.

Paylaş: