22 Oktyabr 2020 11:06

Bütün Ermənistan ayaqda: Aeroportlar, metro və yollar…

Ermənistan etiraz hərəkatının lideri, “Yelk” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan aeroportları və bütün yolları bağlamağı əmr edib.

Turkustan.info-nun məlumatına görə, Ermənistan etiraz hərəkatının lideri, “Yelk” parlament fraksiyasının rəhbəri Nikol Paşinyan aeroportları və bütün yolları bağlamağı əmr edib. O, həmçinin total işçi və tələbə nümayişi elan edib.

Paşinyan bunu Ermənistan Respublika Partiyasının (ERP) parlamentdə onun əleyhinə səs verməsi nəticəsində baş nazir seçilə bilməməsindən sonra Respublika meydanında keçirilən mitinqdə bəyan edib.

“Sabah bütün Ermənistanda total işçi nümayişi elan edilir. Sabah saat 8:15-də Ermənistanda bütün küçələr bağlanacaq, metro, aeroportlar, mümkün olan nə varsa, hamısı qapadılacaq. Mən baş nazir postuna namizəd olaraq bütün dövlət qulluqçularına müraciət edirəm — nümayiş elan edirik” — deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, vətəndaş itaətsizliyi aksiyası Ermənistanın bütün vətəndaşlarını əhatə etməlidir.

 “Bu erməni xalqının ulduz saatıdır” — deyə bildirib.

Onun sözlərinə görə, Ermənistan artıq dəyişib. Bu Ermənistanda hakimiyyətin Baqramyan 19 ünvanında yerləşən binada (parlament binasının ünvanı) cəmi 50 stulu qalıb.

“Yerdə qalan bütün Ermənistan tam hakimiyyətdədir və Ermənistan vətəndaşlarının nəzarətindədir” — deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, ERP-nin bugünkü hərəkəti təxribat xarakteri daşıyırdı. Onlar istəyirdilər ki, xalq və onun namizədi mübarizədən çəkilsin, hansısa güc tətbiq etməyə getsinlər.

“Amma biz cinayətlə məşğul olmuruq. Əgər söhbət danışıqlardan gedirsə, rəsmən bəyan edirəm ki, danışıqlar yalnız siyasi dəfn və Respublika partiyasının yası ola bilər” — deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, heç 1 millimetr də geriyə addım atmaq olmaz. O, polisi qalxan və dəyənəkləri buraxaraq etirazçılara qoşulmağa çağırıb.

Xatırladaq ki, Ermənistanda iki aeroport fəaliyyət göstərir — Zvartnots (Yerevanda) və Şirak (Gümrü).

Bu gün Ermənistan parlamentində keçirilən baş nazir postuna seçkilərdə 56 deputat Paşinyanın əleyhinə, 45 deputat isə lehinə səs verib.   /sputnik.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri