27 Oktyabr 2020 13:46

DSX bu yeni silah və texnikalarını nümayiş etdirdi – FOTOLAR

Prezident Əliyevin ötən gün Dövlət Sərhəd XidmətiNİN (DSX) Sahil Mühafizəsinin bazasına səfəri zamanı DSX-nin silahlanmasındakı bəzi silah və hərbi texnikaların nümunələri sərgilənib.

“AzeriDefence”nin məlumatına görə, Prezidentin rəsmi saytında yer alan fotolarda və yayımlanan video görüntülərdə bəzi silah və texnikalar ilk dəfə görüntülənib.

Bunlardan birincisi, DSX-nin silahlanmasındakı “Hermes-900” pilotsuz uçuş aparatıdır. DSX ilk dəfə 2017-ci ilin avqust ayında bu PUA-nı Xəzər dənizində keçirilən təlimlərdə istifadəsini əks etdirən videonu yaymışdı. Videoda “Hermes-900”ün kamerasından əldə olunan görüntülərdə PUA-nın adı əks olunurdu. Ötən gün “Hermes-900” ilk dəfə açıq şəkildə DSX-nin hərbi texnikaları sırasında görüntüləndi. Fotodan göründüyü qədər bu, “Hermes-900”ün dəniz konfiqurasiyasıdır. Aparatın ELİNT funksiyasına malik olduğunu ehtimal edilir. Məlumat üçün bildirək ki, “Hermes-900”ün dəniz konfiqurasiyası 2013-cü ildə yaradılıb.

“Hermes – 900” PUA 9100 metr yüksəkliyə dırmana və havada fasiləsiz 36 saat uçuş edə bilir. PUA-nın faydalı yükü 300 kq, qanad açıqlığı 15 metr, uzunluğu 8.3 metr təşkil edir. “Hermes 900”ün faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir.

Hermes-900 PUA idarəetmə məntəqəsi

Prezidentə həmçinin DSX-nin silahlanmasındakı İsrailin İAİ şirkətinin istehsalı olan “Harop” kamikadze PUA-nın (gəzən sursat) buraxıcı kompleksi də nümayiş etdirilib. Təqdimatda 2016-cı ilin aprel döyüşlərində “Harop” ilə Ermənistan Ordusunun Ağdərədəki artilleriya dayaq məntəqəsinin və hərbi hissənin Madagizdəki komanda-idarəetmə məntəqəsinin vurulması kadrları nümayiş olunub. Sonuncuda Ermənistan ordusunun aralarında yüksək rütbəli zabitləri də olmaqla çox sayda hərbi qulluqçusu məhv edilmişdi.

Harop buraxcı kompleksi

Dövlət başçısına təqdim edilən digər maraqlı layihə isə “Milli” katerdir. Müəssisənin özündə yerli mütəxəssislərin itirakı ilə layihələndirilmiş “Milli” kater fotolarından göründüyü qədər, yüksək sürətə malik olacaq.

 

DSX-nin təqdimatında diqqət çəkən başqa bir texnika isə “Otokar” şirkətinin istehsalı olan 4×4 təkər formuluna malik “Cobra” zirehli maşının bazasında Ukrayna istehsalı olan “Skif” tank əleyhinə raket kompleksi olub. “Skif” TƏİRK 130 mm tandem-kumulyativ RK-2S, RK-2M-K və 152 mm qəlpə-fuqas RK-2OF, RK-2M-OF raketləri ilə komplektləşdirilir. Tandem-kumulyativ raketlərlə kompleksin atış məsafəsi gündüz 5000, gecə 3000 metr, qəlpə-fuqas raketlərlər gündüz vaxtı 5500, gecə 3000 metr təşkil edir. raketlər hədəfə lazer şüalandırılması vasitəsi ilə yönləndirilir və zirehdəlmə qabiliyəti RK-2S, RK-2M-K raketlərinin 800 mm (dinamik müdafiə), RK-2OF, RK-2M-OF raketlərinin isə 1100 mm-dir. Yüksək manevr qabiliyyətinə malik “Cobra” bu silahlanma sayəsində həm dağlıq, həm də düzənlik ərazilərdə tank və digər zirehli texnikalara qarşı effektiv mübarizə aparmağa imkan verir.

“Cobra” TƏİR kompleksi

Maraqlı bir yenilik isə “Toyota” maşınlarının üzərində qurulmuş “Elbit Systems” şirkətinin böyük uzaqlığa malik müşahidə və nəzarət sistemidir. Hazırda bu sistem dünyada bir neçə ölkənin, o cümlədən “Durham” adıyla ABŞ Ordusunun istifadəsində yer alır. Kompleksə yüksək performanslı gündüz, gecə və termal kamera, lazer məsafəölçən, GPS və rəqəmsal kompas (“Matan”) daxildir. Stabilləşdirilmiş sistem hədəfləri avtomatik izləmə qabiliyyətinə malikdir.

Uzaq məsafəli müşahidə-nəzarət sistemi

DSX tərəfindən həmçinin müxtəlif markalı atıcı silahlar, snayper tüfəngləri də nümayiş etdirilib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri