03 Dekabr 2020 05:17

Deputat ərəb turistləri “tör-töküntü” adlandırdı

Turistlərin ölkəyə gəlməsi müsbət haldır. Amma elə şeylər var ki, diqqətdə saxlanılmalıdır. Qonşuluğumuzda ərəblər kirayə evlərdə qalır, əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar, pis vəziyyət yaradıblar. Belə olmaz axı?!

Turkustan.info xəbərinə görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O, bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı narazılığını bildirib: 

“Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın “ən göyçək fatması”dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli-mənəvi dəyərləri qorumalıyıq”.

Deputat Fəzail Ağamalı həmkarının mövqeyini dəstəkləyib.

O bildirib ki, qanun çərçivəsində belə şeylərin qarşısını almaq lazımdır:

“5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”. 

Deputat xüsusilə ərəb turistlərlə bağlı sərt ifadələr səsləndirib, onları “tör-töküntü” adlandırıb.   /oxu.az/

Paylaş: