21 Oktyabr 2020 02:17

Mafiya-həkim işbirliyi: Canımızın qəsdinə durublar

Ötən gün Baş prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı.

Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Ölkənin səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

Son dövrlər belə qanunsuz fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi əhalinin haqlı narazılığına səbəb olmuşdur.

Bu barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Bildirilib ki, həmin tədbirlər çərçivəsində Bakı şəhəri ərazisində 11 ünvana, o cümlədən, dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.

Toplanmış materiallar əsasında 27 aprel 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.

Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. 

Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyən edilib. Belə ki, müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb. Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.

Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasiyentlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.

Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə bildirib ki, dərman mafiyası ilə mübarizə effektli olmayacaq: “Azərbaycanda xüsusən, dərmanlardan istifadə üzrə heç bir dövlət nəzarəti yoxdur. Ölkədə nə ərzaq, nə də dərman istehsalçılarının maraqları tam qorunur. Bu gün dərman ticarəti monopoliyadadır, müəyyən məhdud dairədə olan insanlar bu dərmanları gətirə bilirlər. Çox maraqlı cəhətdir ki, xaricdən alınan dərmanları Azərbaycandan sifariş ediləndə çox keyfiyyətsiz olur və zəruri olan maddələr o preparatların içində olmur. Dəfələrlə bu haqda yazılıb, amma çox təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmayıb. Kampaniya xarakterli bir-iki nəfəri həbs etməklə bu problemi kökündən həll etmək mümkün deyil. Faktiki olaraq Azərbaycanda dərmanların üzərində dövlət nəzarəti yoxdur.

Həkimlər adətən, dərman firmaları ilə əlaqə yaradıb, xəstələrə həmin firmaların ölkəyə idxal etdiyi dərmanları təyin edərək faiz alırlar. Hansı ki, o dərman preparatlarının xəstəyə ehtiyacı yoxdur. Çox bahalı dərmanların qiymətinin üstünə həkim faizi də gəldiyinə görə bir qədər bahalaşır. Bu məsələlərə son qoyulmalıdır. Apteklərlə həkimlər arasında əlaqə kəsilməlidir. Çünki bunlar ayrı-ayrı dövlət orqanlarıdır. Amma Azərbaycanda dərman firmaları sifarişçi rolunda olur, həkimlər isə həmin sifarişi yerinə yetirən icraçılardır. Xəstənin problemləri qalır kənarda, əsas maraq dərman şirkətlərinin mənafeləri üzərində qurulur”.

Ötən il iqtisadiyyat nazirinin müşaviri Manaf Bayramov demişdi ki, həkimlər xəstəyə dərmanın adını deyil, onun tərkibini yazmalıdır. Onun sözlərinə görə, bu barədə Səhiyyə Nazirliyinin göstərişi var. Nazirliyin göstərişinə niyə əməl olunmur?

Sərdar Cəlaloğlu qeyd edib ki, firmalar müxtəlif adda dərmanlar istehsal edirlər: “Tutaq ki, həkim xəstənin ehtiyacı olan bir dərmanın kimyəvi tərkibinin adını reseptə yazır. Heç kəs gedib o dərmanı aptekdən ala bilməz. Çünki eyni kimyəvi maddə yüzlərlə dərman adı altında buraxılır.

Sadəcə olaraq o firmaların gətirdiyi dərmanlar ölkəyə daxil olarkən hansı əsaslarla, haradan və necə gətirməsi, o cümlədən, sertifikatı mütləq ekspertizadan keçirilməlidir. Hətta xüsusi laboratoriyalarda dərmanın tərkibində olan kimyəvi maddələrin dozasının göstərildiyi həddə olub-olmaması yoxlanılmalıdır. Ciddi nəzarət olmasa, dərman mafiyası problemini həll etmək mümkün olmayacaq”.  /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri