21 Oktyabr 2020 06:12

Qarabağın xilası üçün çox unikal şans yaranıb

“Bəlkə də tarix Azərbaycana bir daha 2018-ci ilin may ayında, bu günlər, bu saatlar ərzində yaratmış olduğu kimi Qarabağla bağlı unikal və çox əlverişli bir situasiyanı yaratmayacaq. İnanın ki, bütün təhlillər, bütün proqnozlar onu deməyə əsas verir ki, biz bu məqamı da əldən vermiş olsaq, vallah, daha yaxın dönəmlərdə, nə vaxtsa belə bir unikal şansın olacağını sadəcə ağlıma belə gətirə bilmirəm. Rusiyanın xilası Azərbaycanın əlindədir. Məhz Cənubi Qafqazda əlindən çıxmaqda olan Ermənistanı yenidən Moskvanın təsir və təzyiq dairəsinə qaytara biləcək yeganə real imkan Azərbaycan dövləti və onun Silahlı Qüvvələri ola bilər. Və mən bir qədər irəliyə gedərək demək istəyirəm ki, biz tarixi şansı çox doğru və düzgün dəyərləndirməliyik”.

Turkustan.info-nun məlumatına görə bunu hərbi ekspert  Üzeyir Cəfərov deyib.

O bildirib ki, Ermənistanda “məxməri inqilab”ın lideri, baş nazirliyə can atan deputat Nikol Paşinyan dünən Qarabağla bağlı başından çox böyük qələtlər etdi.

“Bu adam faktiki hakimiyyətdə olmaya-olmaya dünən azərbaycanlıları təhiqir etməyə çalışdı ki, guya, bu alçaq Qarabağ məsələsinin bir həlli yolunu tanıyır, o da Azərbaycanın Qarabağın müstəqilliyini tanıması yoludur! Dünən o bir daha Rusiyaya, dünya birliyinə bəyan etdi ki, heç kəs ondan zərrə qədər ağıllı siyasət gözləməsin. Onun dünən tülkücəsinə “ay Rusiya bizim strateji müttəfiqimizdir, ay KTMT belə gəldi, Avroasiya İttifaqı belə getdi” kimi süni bəyanatları da müvəqqəti və hakimiyyətə gəlmək üçün səsləndirdiyi fikirlərdirdir”.
Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan Rusiyanın əlindən çıxır.

“Bəlkə də tam əminliklə demək olar ki, yaxın saatlarda, yaxın günlərdə tam çıxacaq. Ona görə də Rusiyanın siyasi-hərbi rəhbərliyi, başda Putin-Şoyqu cütlüyünə diplomatik, ya açıq şəkildə deməyin vaxtıdır ki, Azərbaycan Qarabağla bağlı daha gözləmək fikrində deyil. Qoy nə qədər istəyirlər bivec ATƏT-in Minsk qrupunda, BMT-də və digər qurumlarda donquldasınlar. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bizim Xarici İşlər Nazirliyi son dərəcə çevik və operativ olaraq bəzi işləri artıq görməlidir. Ürək parçamız olan Qarabağımız Azərbaycanından vaxtında addımlar atılmasını həm gözləyir, həm də tələb edir! Məni qınasanız da, söysəniz də, əsl vaxtıdır deyirəm.  Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ilin may ayını tarixə qızıl hərflərlə  yaza bilər və yazmalıdır!”.  /Modern.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri