20 Oktyabr 2020 16:35

Qüdrət Həsənquliyevin təklifi dəstəklənir – Qarabağla bağlı parlament toplana bilər

Əliməmməd Nuriyev: “Qüdrət bəyin təklifinə baxıla bilər”; Akif Nağı: “Çox müsbət bir təklifdir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev parlamentin 1 mayda keçirilən iclasında maraqlı təkliflə çıxış edib. BAXCP sədri Ermənistandakı son hadisələrə diqqət çəkərək bildirib ki, Qarabağla bağlı Milli Məclisin xüsusi iclasının çağırılmasına ehtiyac var.

Qeyd edək ki, Qarabağlı bağlı parlamentin xüsusi iclası 2001-ci ilin fevralında mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə çağırılıb, geniş müzakirələr aparılıb.

17 il sonra bu məsələni yenidən gündəmə gətirən Q.Həsənquliyevin təklifi ictimaiyyət tərəfindən dəstəklənir. Müxtəlif sahələrin nümayəndələri hazırkı şəraitdə belə bir iclasın çağırılmasının vacib olduğunu vurğulayırlar.

2001-ci ildə keçirilən iclasda deputat qismində iştirak edən hüquqşünas Əliməmməd Nuriyev BAXCP sədrinin təklifinin önəmindən danışdı: “2001-ci ildə mərhum Heydər Əliyevin təşəbbüsü ilə çağırılan o iclasda cənab prezident özü də iştirak etdi. Həmin müzakirələr iki gündən artıq davam etdi. Deputatların demək olar tam əksəriyyəti o iclasda çıxış etdilər. Mərhum prezident uzaqgörənliyi ilə qanunverici orqanın da Dağlıq Qarabağla bağlı münasibətini öyrənmək və nəticəyə gəlmək istəyirdi. Müzakirələri çox səbirlə dinlədi. O gündən bu günə qədər geriyə hər hansı bir addım atılmayıb. Münaqişənin həlli istiqamətində ardıcıl şəkildə Azərbaycan tərəfi addımlarını atır. İki il öncənin aprel döyüşləri də dediklərimin sübutudur. Cənab prezident hər zaman deyir ki, Azərbaycan ərazisində ikinci bir “erməni dövləti” yaradılmayacaq. Hörmətli millət vəkilimiz Qüdrət müəllimin qaldırdığı məsələ Ermənistandakı son vəziyyətlə bağlıdır. Ermənistanda xalqın maraqlarına zidd olaraq cinayətkar bir qrup hakimiyyəti ələ almışdı. Erməni xalqı bu diktator rejimindən azad olmaq üçün öz iradəsini ortaya qoymaqdadır.

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

Düşmən ölkədə yeni bir hakimiyyətin formalaşması prosesi başlayıb. Bunun başa çatacağını söyləmək çətindir. Çünki qarşıdurma getdikcə dərinləşir. Erməni cəmiyyətində yoxsulluq, sabaha ümidsizlik çox dərinə işləyib. Belə olan halda xoşagəlməz hadisələr baş verə bilər. Ona görə Azərbaycan bu məsələlərə tam hazır olmalıdır. Qüdrət bəyin təklifinə baxıla, Milli Məclis daha detallı müzakirələr apara bilər. Bu qanunverici orqanın iradəsindən irəli gələn məsələdir. Bununla bağlı müvafiq məsləhətləşmələr olmalıdır. Ermənistan tərəfdən gözlənilməz hərəkətlərə hazır olmalıyıq. Baş verən hadisələr onu göstərir ki, Ermənistanda xaos daha da dərinləşə bilər. Belə olan halda biz buna hazır olmalıyıq. Erməni tərəfin narahatçılığı da göz önündədir. Beynəlxalq qurumlara məlumat verilməlidir ki, əgər Ermənistan tərəfi profokasiya etməyə cəhdlər edərsə, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün anti-terror əməliyyatları apara bilər”.

Akif Nağı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da deputatın təklifini dəstəklədi: “Çox müsbət bir təklifdir. Cəmiyyətdən də bunun üçün sosial sifariş, tələb var. Milli Məclis sonuncu dəfə 17 il öncə Qarabağ məsələsini müzakirə edib. O zaman dövlət başçısı partiyalara, müxtəlif qurumlara müraciət edərək Dağlıq Qarabağla bağlı təkliflərinin verilməsini istəmişdi. Müəyyən bir qərar da qəbul olundu. O dövrdən həddindən çox vaxt keçib. Parlament Qarabağ məsələsi ilə bağlı çox fəal olmalıdır. Kimi dindirirsən deyir ki, prezident o işlə məşğuldur. Parlamentdə Qarabağ komissiyası yaradılmalıdır. Bununla bağlı dəfələrlə ciddi təkliflərimiz olub. Qarabağlı bağlı ən fəal şəkildə fəaliyyət göstərən qurumlardan biri də Milli Məclis olmalıdır. Orada daim debatlar getməli, müzakirələr aparılmalıdır. Hazırda Ermənistandakı hadisələrlə bağlı yeni bir situasiya yaranıb. İşğalın üstündən həddindən artıq çox vaxt keçib. Bu məsələlərlə bağlı artıq bir qərara gəlmək lazımdır. Təşkilat olaraq bir sıra döyüşçülərlə birlikdə Qarabağ mitinqinin keçirilməsi üçün müraciət ünvanlamışıq. Cəmiyyətin ümumi bir iradəsi Qarabağla bağlı ortaya qoyulmalıdır. Qüdrət bəyin təklifi də bu məsələ ilə səsləşməlidir. Hesab edirəm ki, yaxın vaxtlarda parlamentdə xüsusi bir iclas çağırılmalıdır. Orada deputatlarla yanaşı ictimaiyyət nümayəndələrinin, partiyaların iştirakına şərait yaradılmalıdır. Bu təklifə Milli Məclisin rəhbərliyi diqqətlə yanaşmalıdır”.    /Yeni Müsavat/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri